• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ana olmaq şansını artıran qida

Ana olmaq şansını artıran qida

Bütün diyetoloq və həkimlər kətan toxumu ilə bağlı eyni fikirdədirlər: sağlam qalmaq istəyənlər gündə bir qaşıq kətan toxumu yeməlidirlər.

Görəsən, kətan toxumu niyə sağlamlığın keşikçisi hesab edilir?

Bu sualın cavabını Publika.az-da tapacaqsınız.

Xolesterindən xilas edir

Kətan toxumu xolesterinin səviyyəsini aşağı salır. Mütəmadi olaraq istifadə etdikdə gündəlik lif ehtiyacını ödəyir. Həzm sisteminə yaxşı təsir edir.

Omeqa-3 turşuları ilə təmin edir

Bir xörək qaşığı kətan toxumu orqanizmi Omeqa-3 yağ turşuları ilə təmin edəcək. Bir çoxları bu yağ üçün balıq yeməyə üstünlük verirlər. Bu da yaxşı üsuldur. Ancaq balığı qızardaraq yeməkdənsə, 1 xörək qaşığı kətan toxumu qəbul etmək məsləhətdir. Beləliklə, qızartmanın səbəb olduğu xolesterindən də qorunmuş olarsınız.

Möcüzəvi turşu

Kətan toxumunun tərkibində “alfa lineoic” turşusu var. Bu turşu xroniki ürək xəstəlikləri və şəkər xəstəliyi üçün faydalıdır. İltihablaşmanın qarşısını alır, həmçinin, bağırsaq xərçəngindən qoruyur.

Liflə zəngindir

Kətan toxumu ehtiva etdiyi lif sayəsində xolesterinin səviyyəsini aşağı salır. Lif pəhriz saxlayanlara da kömək edir. İnsanı uzun müddət tox saxlayır. Qanda şəkərin səviyyəsini tənzimləyir. Ancaq kətan toxumunun bu faydalarından yararlana bilmək üçün onu yedikdən sonra üzərindən 1 stəkan su içmək lazımdır. Beləliklə, mədədə şişərək toxluq hissi yaradacaq.

Ana olmaq ehtimalını artırır

Antioksidantlar ehtiva edən kətan toxumu yaşlanmanın qarşısını alır. Qadınlıq hormonlarını balanslaşdırdığı üçün ana olmaq şansını artırır. Döş xərçəngi riskini azaldır. Klimaks zamanı baş qaldıran problemlərin qarşısını alır.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR