Bakı sakinlərinin xəstəlikləri müəyyənləşdirildi
Bizi izləyin

Sağlamlıq

Bakı sakinlərinin xəstəlikləri müəyyənləşdirildi

Bakı sakinlərinin xəstəlikləri müəyəynləşdirildi

Fevralın 17-dən martın 11-dək 176 341 nəfər icbari müayinələrdə iştirak edib.

Onların 15 626 nəfərdə xətəlik aşkar edilib. 59 228 nəfər əlavə rentgen, ultrasəs kimi müayinələrə cəlb edilib.

3607 nəfər isə dispanser qeydiyyata götürülüb. 272 nəfər sağalıb, qalanları müalicələrini davam etdirirlər. Bu sözləri Publika.Az-a açıqlamasında Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib.

R.Nağıyevin sözlərinə görə, müraciət edənlərin əlavə müayinələrə cəlb edilmə həkim rəyindən asılıdır. Ötən illə müqayisəyə gəldikdə isə o, bu il müayinə sayının artacağını dedi:

“Ötən il bir ay ərzində bir milyon insan müraciət etmişdi. Bu isə sayın artmasını gözləyirik”.

Onun sözlərinə görə, bu il ən çox göz, ürək-qan-damar, tənəffüs, həzm sistemi xəstəlikləridir. Ötən il də təxminən eyni xəstəliklər daha aktual idi.

Qeyd edək ki, bu il fevralın 17-dən ölkə üzrə əhalinin icbari dispanserizasiyasına start verilib. Müayinələr mayın 1-dək davam edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm