Arı südünün inanılmaz faydaları
Bizi izləyin

Sağlamlıq

Arı südünün inanılmaz faydaları

Arı südü illərdir ki, bir sıra xəstəliklərin müalicəsində istifadə edilir.

Publika.az arı südünün faydalı xüsusiyyətlərini araşdırıb.

Əvvəlcə arı südünün nə olduğu və necə əldə edildiyindən bəhs edək. Arı südü 5-15 günlük işçi arıların istehsal etdiyi maddədir. Həmin maddə südə oxşayır və kraliça arının əsas qidasını təşkil edir.

Arı südü ağımtıl rəngdə, gel formasında olur, suda asan həll olur. Arı südünün çox kəskin qoxusu var və turşməzədir.

Həkimlər ana arının arı südü ilə qidalanmasını təsadüfi hesab etmirlər. Çünki arı südü ana arını gücləndirir. Maraqlıdır ki, ana arı gündə öz ağırlığından iki dəfə çox yumurta istehsal edir və 6 il yaşayır. Bu bir arı üçün olduqca uzun bir ömürdür. Balla qidalanan işçi arılar bu qədər yaşaya bilmirlər. Ana arının uzun ömrünü arı südü ilə əlaqələndirən alimlər bu qidanın insan ömrünü də uzadacağını təxmin edirlər.

Arı südü A, E, C, D vitaminləri ilə zəngin olur. Həmçinin, lesitin, kollagen, testosteron hormonu, eləcə də, bir sıra minerallar ehtiva edir.

Arı südünün təxminən, 66 faizini su, 14,5 faizini karbohidrat, 4,5 faizni “lipid” maddəsi, 13 faizini isə amin turşuları təşkil edir.

Südün tərkibindəki A vitamini göz xəstəliklərinə, dəri problemlərinə, böyrəklərə yaxşı təsir edir, immunitet sistemini gücləndirir. C vitamini hüceyrələri bərpa edir. D vitamini isə kalsium və fosforun orqanizm tərəfindən daha tez istifadə edilməsinə səbəb olur. D vitamini xüsusilə, uşaqlar üçün çox əhəmiyyətlidir. Çünki kalsiumun orqanizmdən atılmasının qarşısını alır, bu mineralın sümüklərdə toplanmasını təmin edir.

Südün tərkibindəki digər vitamin olan E vitamini isə sinir sisteminə yaxşı təsir edir, əzələləri gücləndirir. Həmçinin, dəri üçün faydalıdır. Dərinin elastikliyini artırır, yaşlanmanın qarşısını alır. E vitamini həm də güclü antioksidantdır, bu xüsusiyyəti ilə ürək-damar xəstəliklərinə yaxalanmaq riskini azaldır.

Həkimlər bu xüsusiyyətlərinə görə arı südünün baldan daha üstün olduğunu bildirirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm