Çirkli hava beyini kiçildir - Qarşısını almaq üçün nə etməli?
Bizi izləyin

Sağlamlıq

Çirkli hava beyini kiçildir - Qarşısını almaq üçün nə etməli?

Beyinin kiçilməsi onun sürətlə yaşlanmasından xəbər verir.

Harvard Universitetinin professorlarının apardıqları araşdırmalar çirkli havanın beyinə zərər verdiyini üzə çıxarıb.

Publika.az xəbər verir ki, alimlər çirkli havanın insan beynini kiçiltdiyini açıqlayıblar.

Belə ki, havası çirkli olan bölgələrdə yaşayanların daha kiçik beyinə sahib olduqları müəyyənləşdirilib.

Beyinin kiçilməsi onun sürətlə yaşlanmasından xəbər verir.

Araşdırmanın rəhbəri professor Elisa Uilker havadakı kiçik toksin hissəciklərinin ağ ciyərlərə yapışdığını və beyinə gedən oksigen miqdarını azaltdığını bildirir. Nəticədə, beyin normal qidalana bilmir.

Alimlər bundan qorunmağın hər hansı bir yolu olmadığını qeyd edirlər. Ancaq ehtiyat tədbiri olaraq havası çirkli olan şəhərlərdə açıq havada idman etməmək məsləhət görülür.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm