Möcüzəvi “Scarsdale” pəhrizi haqqında bilmədikləriniz
Bizi izləyin

Sağlamlıq

Möcüzəvi “Scarsdale” pəhrizi haqqında bilmədikləriniz

1970-ci ildən bu günə kimi arıqlamaq istəyənlərin ən çox müraciət etdiyi üsul olan “Scarsdale” pəhrizi yenidən populyarlaşıb.

Publika.az xəbər verir ki, amerikalı ürək həkimi Herman Tarnoverin hazırladığı bu pəhriz həddən artıq kök olanlar üçün nəzərdə tutulur.

Pəhrizi 14 gündən artıq saxlamaq olmaz. Onun əsas qaydası gün ərzində qəbul edilənlərin 43 faizinin zülal, 22 faizinin yağ, 35 faizinin isə karbohidratdan ibarət olmasıdır.

Beləliklə, gün ərzində 1000 kaloridən artıq qəbul etmədiyinizə baxmayaraq, özünüzü tox hiss edəcəksiniz.

Bu pəhrizin 14 gündə 9-10 kiloqram arıqlamağa kömək etdiyi deyilir. Bu isə gündə təxminən 500 qram deməkdir.

Pəhrizə iki həftə fasilə verdikdən sonra yenidən 14 gün saxlamaq olar.

Doktor Herman Tarnover pəhrizin saxlanıldığı günlərdə 2 kilometr yeriməyi və xəfif idman hərəkətləri etməyi məsləhət görür.

Öncədən qeyd edək ki, bu pəhrizi ürək-damar xəstələrinin saxlaması məsləhət deyil.

Bir günlük menü:

Səhər

Yarım qreypfrut (yoxdursa, mövsümi meyvələrdən birindən istifadə etmək olar)

1 dilim qızardılmış çörək

qəhvə və ya çay (sadə şəkildə içilməlidir)

Günorta

Yağsız toyuq, ya da hindquşu əti

pomidor (sobada və ya suda bişmiş)

qəhvə və ya çay

Ara öyün

pomidor (sobada və ya suda bişmiş)

qəhvə və ya çay

istədiyiniz qədər yerkökü və kərəviz

Axşam

hər hansı bir dəniz məhsulu

salat (xiyar, pomidor, kahı və bibərdən ibarət)

1 dilim qızardılmış çörək

yarım qreypfrut (yoxdursa, hər hansı mövsümi meyvə)

qəhvə və ya çay

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm