Ən problemli hissələr üçün 5 MƏŞQ: SELLÜLİTLƏR izsiz yox olacaq - - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Ən problemli hissələr üçün 5 MƏŞQ: SELLÜLİTLƏR izsiz yox olacaq - - FOTOLAR

Qarından sonra ən tez kökələn hissə budlardır.

Qarından sonra ən tez kökələn hissə budlardır. Lakin şükürlər olsun ki, ən problemli hissələri müvafiq idman növləri ilə arıqlatmaq mümkündür. Budu arıqladan məşqləri etmək çox asandır. Üstəlik, ginekoloqlar da qadın sağlamlığı baxımından bu məşqləri dəstəkləyirlər. Odur ki, güzgüdəki əksinizdən razı qalmaq istəyirsinizsə, aşağıda göstərilən hərəkətləri elə bu dəqiqədən başlayaraq, etməyə başlayın. Aşağıdakı fotolara baxaraq, orda göstərilən hərəkətləri yerinə yetirin.

Publika.az ayaqları arıqladıb sellüliti izsiz yoxa çıxaran məşqləri təqdim edir:

1. Bud üçün sadə gimnastika

Böyrü üstə yerə uzanın, əlinizi başınızın altına qoyub bir ayağınızı yuxarı qaldırın. Bu məşqi 3 set olmaqla 15-20 dəfə təkrarlayın. Eyni hərəkəti o biri ayağınızla da yerinə yetirin.

отведение ноги лежа

2. Ayaqlar arxaya

Əlləri stul və ya divara söykəyib bir ayağınızı düz şəkildə açıb dayanın. Bu vəziyyətdə bir neçə saniyə qalın. Sonra ayağı çox ləng şəkildə aşağıya doğru çəkin. Bu məşq də 3 set olmaqla, hər bir ayaq üçün 20-25 dəfə təkrarlanmalıdır. Ən əsası, ayaqları düz saxlamağa çalışın.

отведение ноги стоя

3. Dizlər arasında top

Üz üstə uzanıb dizləri bükün. Dizlərin arasına top qoyub ombanı yuxarı doğru qaldırın. Dizləri mümkün qədər sıxın. 10-a qədər sayıb bu vəziyyətdə qalın. Bu məşqi 3 set olmaqla, 15 dəfə təkrarlayın.

упражнение с мячом

4. Topla ayaq üstə məşq edin

Topu dizlərin arasına qoyub yarımçıq şəkildə oturun və durun. Oturub-duran zaman bud əzələlərinin gərildiyini hiss edəcəksiniz. Bu hərəkəti hər gün 30-50 dəfə təkrar edin.

упражнение с мячом

5. Bud əzələlərinin dartılması

Üz üstə uzanıb, bir ayağınızı qaldırıb o birinin üstünə qoyun. Sonra ayağınızı əlinizlə arxaya tərəf yüngülcə itələyin. Bu vəziyyətdə bir neçə saniyə dayanın. Hərəkəti digər ayağınızla da yerinə yetirin. Bu zaman kürəyi düz saxlamaq və nəfəsə nəzarət etmək çox vacibdir.

растяжка внутренней поверхности бедра

Bu gimnastika sayəsində ayaq-bud əzələləri xeyli güclənəcək, tonusda qalacaq. Nəticədə xoşagəlməz sellülitlər də yox olacaq. Çətini məşğul olmağa başlamaqdır, nəticə özü, məşqləri davam etdirməyinizə stimul olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm