Ümumdünya Səhiyyə Təşkilatı: “Dünyanın yarısı bu virusu daşıyır”
Bizi izləyin

Sağlamlıq

Ümumdünya Səhiyyə Təşkilatı: “Dünyanın yarısı bu virusu daşıyır”

Dünyada yaşı 50-dən az olan 3.7 milyon insan HSV-1 adlı virusdan əziyyət çəkir.

Publika.az xəbər verir ki, “Plos One” jurnalında dərc olunan elmi məqalədə bu virusun öpüşmə ilə keçdiyi bildirilir.

Bu virusun digər növü HSV-2 isə cinsi əlaqə nəticəsində yayılır. ÜST-nın rəsmisi Marleen Temmerman bu iki virusun bədəndə qalıcı olduğunu və onu məhv etməyin mümkün olmadığını deyib. Bununla yanaşı, təşkilat viruslara qarşı peyvənd və krem hazırlamağa çalışır. Hazırda bir neçə peyvənd üzərində iş aparılır.

ÜST rəsmisi həmçinin insanların virusdan qorunmaq üçün məlumatlanmağı və qorunmaq üsullarını öyrənməyi tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm