• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bu sabunlardan istifadə etməyin!

Bu sabunlardan istifadə etməyin!

Sabun gün ərzində ən çox istifadə etdiyimiz təmizlik vasitəsidir. Gigiyena qaydalarına əsasən, əlləri gündə ən az 10 dəfə yumaq lazımdır. Belə ki, həkimlər hər yeməkdən öncə və sonra, çöldən evə daxil olduqdan dərhal sonra, tualetdən öncə və sonra əlləri yumağı məsləhət görürlər. Adətən, əllərimizi qəlib sabunla yuyuruq. Yeni aparılan araşdırmalar isə göstərib ki, qəlib sabunlar əsl bakteriya yuvasıdır.

Belə ki, ABŞ-da müxtəlif markaların fərqli xüsusiyyətlərə malik qəlib sabunları laboratoriyada analiz edilib. Məlum olub ki, qəlib sabun üzərində təxmin etdiyimizdən daha çox bakteriya olur. Buna səbəb istifadədən sonra bu sabunların yaş qalması və beləlilkə, bakteriyaların çoxalması üçün əlverişli şəraitin yaranmasıdır.

Vaxt keçdikdə bu bakteriyalar sabunun dərin qatlarına nüfuz edir. Beləliklə, biz əllərimizi təmizləmək əvəzinə, daha da çirkləndiririk. Mütəxəssislər maye sabundan istifadəni məqsədəuyğun hesab edirlər.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR