Arıqlamaq istəyən gənc analar üçün məsləhətlər
Bizi izləyin

Sağlamlıq

Arıqlamaq istəyən gənc analar üçün məsləhətlər

Xanımların əksəriyyətində doğuş əlavə çəkilərlə yadda qalır.

Doğuşdan sonra arıqlayaraq əvvəlki formasına qayıdan çox az qadın var. Xanımların əksəriyyətində doğuş əlavə çəkilərlə yadda qalır.

Publika.az bu yazıda gənc anaların “Formada qalmaq üçün nə etməli? sualına cavab verib.

İdman edin

Siyahının başında idman gəlməlidir. Məşq etdikdən sonra özünüzü daha yaxşı hiss edəcəksiniz və gün ərzində qarşınıza çıxacaq kiçik çətinliklərin öhdəsindən asanlıqla gələcəksiniz.

Plan qurun

Planlarınızı bir gün əvvəlcədən qurun. Uşağınızı yatızdıran zaman bu planları onunla bölüşün, səhər qalxdıqda bu planı ona təkrar edin. Bu şəkildə parkdan getmək saatı gələndə uşağınızı çox dilə tutmalı olmayacaqsınız.

İdmanı vacib görüşlə eyni tutun

Əgər həftənin üç günü məşq etməyi düşünürsünüzsə, bu günləri əvvəlcədən müəyyən edin. Günün hansı saatında idman etmək sizə yaxşı təsir göstərirsə, həmin saatlarda məşq edin.

Gənc analar üçün ən yaxşı idman saatları səhər vaxtıdır. Çünki uşaq yuxudan durmamış idmanınızı edib bitirəcəksiniz. Bundan başqa, çox ciddi və təcili bir səbəb yoxdursa, idmanı təxirə salmayın.

Yardım istəyin

Əgər uşağa baxmaqda çətinlik çəkirsinizsə, ananızdan, bacınızdan, qayınananızdan və ya qonşunuzdan yardım istəyin. Bir saatlıq uşağı onlara tapşırıb idman edin. Unutmayın ki, yardım istəmək ayıb deyil!

Tez-tez çömbəlib durun

İdman salonuna getməyə vaxtınız yoxdursa, evdə məşq edin. Üstəlik, bunun üçün heç bir idman alətinə ehtiyacınız yoxdur. Məsələn, bədən quruluşunu formaya salmaq üçün çömbəlib durmaq son dərəcə təsirlidir. Uşaqlarınız ən sevdiyi cizgi filmini izləyən müddətdə siz idmanla məşğul olun. İdmana başladıqdan sonra bir neçə çəki daşları, elastik lent və gimnastika topu alaraq məşqi əyləncəli hala gətirin.

Uşaqlarla birlikdə

İdman edəndə əylənmək istəyirsinizsə, o halda uşaqlarla birlikdə məşq edin. Hətta uşaqlarınızla müxtəlif oyun və yarışlar təşkil edə bilərsiniz. Uşaqları ağırlıq olaraq (əlbəttə ki, doğru bir mövqedə saxlayaraq) istifadə etmək onların xüsusilə xoşuna gəlir. Körpələr isə qol və ayaq hərəkətləri üçün son dərəcə əlverişlidir.

Bütün diqqət idmana

İdman zalında saatlarla vaxt keçirən insanlar var. Amma onlar idman etmək əvəzinə söhbət edirlər. Əgər söhbətə vaxtınız varsa, buyurun, lakin buna vaxtınız yoxdursa, qulaqcıqları qulağınıza taxıb diqqətinizi idmana yönəldin. Qulaqcıq taxdığınızı görəndə insanlar sizin söhbətə meylli olmadığınızı anlayacaq və sizi narahat etməyəcəklər.

Dəbli idman geyimi alın

Bəzi xanımlar rahat ev paltarında idman etməyə üstünlük verir. Mütəxəssislər isə idman geyimlərinin insanı daha çox ruhlandırdığını söyləyir.

İdmançıların və modellərin məsləhətlərini oxuyun

İdmançıları və sağlam həyat tərzi yaşayan modelləri “Instagram”da izləyin. Onlardan ilham alın. Məşhur modellərin paylaşdıqları fotoları gördükcə idman sevginiz daha da artacaq.

Lazım olduğundan artıq arıqlamağa çalışmayın

Həddindən artıq arıqlayıb özünüzə əziyyət verməyin. Başqasına bənzəməyə çalışmayın. Yəni, bəziləri çox sürətlə arıqladığı halda, digərləri buna çətinliklə nail olur. Yadda saxlayın ki, hər kəsin orqanizmi fərqlidir. Sağlam və xoşbəxt olmağa çalışın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm