Ağrıdan 10 dəqiqəyə xilas olun
Bizi izləyin

Sağlamlıq

Ağrıdan 10 dəqiqəyə xilas olun

Ağrıdan 10 dəqiqəyə xilas olun.

Bəzən canımız ağrıyanda işlərin çoxluğundan dərhal həkimə getmək imkanımız olmur. İstədiyin an həkimin qəbuluna düşmək də bir o qədər asan məsələ deyil. Bəs, qəfil boyun, şiddətli baş ağrısı, yaxud diz qapaqlarında sızıltı hiss edərkən ilk tibbi yardım kimi nə etməliyik?

Publika.az bu yazıda baş, boyun və diz ağrılarını sadə üsullarla aradan qaldırmaq barədə məlumatları təqdim edir:

Boyun ağrıları

Bu nahiyədə ağrılar, adətən, əzələ spazması səbəbindən yaranır. Bu ağrını aşağıdakı yollarla aradan qaldırmaq olar.

1. Soyuq kompres

Ağrıyan yerə buz qoyulmalıdır. Soyuq kompres damarları daraltdığı üçün ağrı reseptorlarını bağlayacaq. Tədricən iltihab və ödəm azalacaq.

2. Elastik bint

Belə plastırları zədələnən əzələlərə yapışdırmaq lazımdır. O, qan dövranını yaxşılaşdıraraq, orqanizmdən iltihabi maddələrin çıxmasına səbəb olacaq. Bu plastırla 5 gün ərzində gəzmək olar. Onu çıxartmadığınız müddətdə duşdan sonra da qopmayacaq.

3. Maz

Onu ağrıyan nayihəyə çəkmək lazımdır. Məsələn, kapsaisin mazındakı maddələr ağrını sakitləşdirmək üçün effektli vasitədir.

Kürək ağrısı

Beldə ağrı, xüsusən, yaşlı nəsildə tez-tez rast gəlinən əlamətdir. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatı boyu ən azı bir dəfə bel ağrısından şikayətlənir. Bu, insanların həkimə müraciət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və ya idmanla ağrıların uzun müddət itməsinə nail ola bilərsiniz.

Əgər siz uzun müddət gərgin və oturaq vəziyyətdə işləyirsinizsə, onda əzələlərdə spazma yaranma ehtimalı yüksəkdir. Vəziyyətinizi yüngülləşdirmək üçün kürək əzələlərinizi hərəkətə gətirin:

1. Özünüzü əllərinizlə qucaqlayın

2. Qarın üstə uzanaraq əllərinizi yuxarı qaldırıb birləşdirin, sonra aşağı salın.

Diz ağrıları

Yaş artdıqca oynaqların vəziyyəti getdikcə pisləşir. Tədricən onların qığırdaq quruluşu incəlir və elastikliyini itirirlər. Sümüklər bir-birilə təmasda olmağa başlayır, bu da diz nahiyəsində xroniki iltihabların və dözülməz ağrıların yaranmasına gətirib çıxarır.

Əgər ağrı travma nəticəsində yaranıbsa, bu zaman oynağı istilik təsirindən uzaq saxlayın (isti vanna və ya duş qəbul etməyin və s.).

Aşağıdakı üsullarla əzabdan xilas olmaq mümkündür:

1. Soyutma spreyin köməyilə

Spreyi dizlərə çəkin. Bu zaman dəri soyuyacaq və ağrı getdikcə azalacaq. Çünki bu zaman ağrı reseptorlarının işi dayanır və onlar beyinə siqnallar ötürmür. Soyuq zədələnmiş yerdə qan dövranını azaldır. Bu da bir qayda olaraq, şişin azalmasına gətirib çıxarır. Onu da yadda saxlayın ki, bu cür spreyin təsiri yalnız bir sutkadır.

2. Elastik bintin köməyilə

Plastırı dizə yapışdırmaq lazımdır. Düzgün yapışdırılmış plastır zədələnmiş oynağa qədər qan dövranını yaxşılaşdırmağa kömək edəcək, həmçinin, ağrını azaldacaq. Plastırı 4 kiçik hissələrə bölməyi unutmayın.

Plastırın möhkəm olması üçün onu diqqətlə yapışdırmaq lazımdır. Onu bükülmüş dizə yapışdırın. Əgər ağrıyan yeri elastik bintlə bağlasanız, şiş çəkiləcək. Lakin bu zaman olduqca diqqətli davranmaq lazımdır ki, zədələnmiş yer çox sıx bağlanmasın, əks halda, siz daha böyük problem yarada bilərsiniz.

3. Diz ağrılarını kremlərin köməyilə aradan qaldıra bilərsiniz. Belə kremlər yalnız diz ağrısına yaxşı təsir edir.

4. Oturduğunuz və ya uzandığınız vaxt şişkinlikdən qaçmaq üçün ağrıyan dizinizi ürək səviyyəsinə qaldırın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm