E vitaminində gizlənən cavanlıq cövhəri
Bizi izləyin

Sağlamlıq

E vitaminində gizlənən cavanlıq cövhəri

Publika.az E vitamininin faydalarını təqdim edir.

İnsan orqanizminin ehtiyac duyduğu və çatışmazlığı ciddi sağlamlıq problemlərinə yol açan vitaminlərdən biri də E-dir. Əsasən yağlarda olan bu vitamin, yağı çox qızdırdıqda parçalanıb ölür. Buna görə də tərəvəz salatlarını E vitamini ilə zəngin olan zeytun yağı ilə yemək tövsiyə olunur. Əsasən, buğda, zeytun yağı, soya yağı, balıq, qoz, fındıq, kərə, pomidor, qarğıdalı yağı, ispanaq, yumurta sarısı, böyrək və qaraciyərin tərkibində olan E vitamini ehtiyacını ödəmək üçün tərəvəzi qızartmadan və qaynatmadan yeyin. Həmçinin həftədə ən azı 2 dəfə balıq yeyin. Həftədə ən azı 2 dəfə noxud, mərci, yaxud lobyadan istifadə edin. Ya sadalananları yeməklə, ya da E vitamini həbləri, yaxud E vitamini yağından istifadə edərək orqanizmin sözügedən vitaminə olan tələbatını ödəyin.

Publika.az E vitamininin faydalarını təqdim edir.

E vitamini bəzi bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Lakin sadəcə, güclü antioksidant deyil, eyni zamanda immunitet sistemini gücləndirən, saç və dəri baxımı üçün də ən effektli vasitədir.

Qırışlarla mübarizə aparır

E vitamini, qırışlar və digər yaşlanma əlamətləri ilə mübarizəsə böyük rol oynayır. Güclü antioksidant olduğu üçün bədəndəki hüceyrə oksidləşməsinin zərərlərini azaltmağa kömək edir. Dəyərli E vitamini yağı orqanizmdəki sərbəst radikalların təsirini azaldır. Qocalma prosesini ləngidən E vitamini dəri xərçəngindən də qoruyur.

İstifadə etmək üçün: E vitamini ehtiva edən qidaları yeməklə yanaşı, gecələr yatmazdan əvvəl dərinizə E vitamini yağı, hindqozu yağı və ya zeytun yağını qarışdırıb sürtün. Səhər qalxdıqda dəri məsamələrinin tıxanmaması üçün üzünüzü ilıq su ilə yuyum.

Saçları uzadır

E vitamini saç dərisi və kökləri üçün təsirli maddədir. Qan dövranının işini yaxşılaşdırdığı üçün saçların daha sağlam olmasını və tez uzanmasını təmin edir. Daha əvvəl qeyd etdiyimiz kimi, güclü antioksidant olan E vitamini saç köklərini gücləndirir və erkən saç ağarmasının da qarşısını alır.

İstifadə etmək üçün: Daha yaxşı nəticə əldə etmək istəyirsinizsə, saç diblərinə zeytun yağı və hindqozu yağından hazırlanan maska çəkin. Həmin qarışığı təxminən 30 dəqiqə saçda saxladıqdan sonra ilıq su ilə yuyun.

Quru dərini nəmləndirir

E vitamini quru dərini nəmləndirən ən yaxşı vasitələrdən biridir, xüsusilə də əllər üçün çox təsirlidir. Bu vitamin dəri elastikliyini bərpa edir və dəri çatlamasının qarşısını alır.

İstifadə etmək üçün: Bədən losyonları aldıqda tərkibində E vitamini yağı olmasına diqqət edin. Gecə yatmazdan əvvəl və səhərlər istifadə etdikdə daha yaxşı nəticələr əldə edilir.

Çatlayan dodaqları sağaldır

Xüsusilə həddindən artıq günəş, külək və soyuq havaya məruz qalan dodaqlar quruyur və çatlayır. E vitamini bu problemin ən güclü dərmanıdır.

İstifadə etmək üçün: Çatlamış dodaqlara E vitamini yağı çəkin.

Yara və çat izlərini azaldır

Hamiləlik və ya kökəlib arıqladıqda dəridə çatlar əmələ gəlir. Bədənin müxtəlif nahiyələrində yaranan çatlar qadınların özünə inamını azaldır. E vitamininin ən böyük faydalarından biri də bu çatları aradan qaldırmasıdır. Dərini nəmləndirərək zədələnmiş hüceyrələrin yenilənməsini sürətləndirir. Güclü antioksidant təsiri ilə kollogen liflərini sərbəst radikalların hücumundan qoruyur.

İstifadə etmək üçün: E vitamini yağını çatlara sürtün və 10-15 dəqiqə masaj edərək dəriyə yedirdin. Təsirini artırmaq üçün zeytun yağı, hindqozuyağı və ya limon şirəsi ilə qarışdırmaq da olar. 20-30 dəqiqə sonra yağ çəkdiyiniz nahiyəni yaxalayın və bu proseduru gündə iki dəfə təkrar edin.

Dırnaqları uzadır

Kövrək dırnaqlar, əsasən, təbii qocalma prosesinin əlaməti sayılmaqla yanaşı, göbələk infeksiyalarının və bəzi digər xəstəliklərin nəticəsində də yarana bilər. E vitamini kövrək dırnaqlar üçün də yaxşı dərmandır. E vitamini yağı mütəmadi istifadə zamanı dırnaqların qırılma riskini azaldır.

İstifadə etmək üçün: Yatmazdan əvvəl dırnaqlara E vitamini yağı çəkin və 5-10 dəqiqə masaj edin. Bunu həftədə bir neçə dəfə etdikdə,problemi aradan qaldırır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm