Beyinə ziyan vuran beşlik
Bizi izləyin

Sağlamlıq

Beyinə ziyan vuran beşlik

Son illər insanlar mütəmadi olaraq yaddaş problemləri ilə qarşılaşır.

Son illər insanlar mütəmadi olaraq yaddaş problemləri ilə qarşılaşır.

Publika.az bu yazıda yaddaşa, beyinə zərər vuran məhsulları təqdim edib:

Həmişə iti zehnə sahib olmaq istəyirsinizsə, onda qida rasionundan beyin fəaliyyətini dayandıran məhsulları çıxarın.

Duz

Əgər qanda natriumun miqdarı normadan artıqdırsa, sinir impulsları pozulur, bu da beynin işinə mənfi təsir göstərir.

Şəkər

Şəkər istehlakı bədən quruluşunu korlamaqla yanaşı, beynə zərər vurur. Diqqət çatışmazlığı sindromuna, unutqanlıq və diqqət pozğunluğuna səbəb olur.

Heyvan piyləri

Heyvan piylərində çoxlu xolesterin var. Heyvan yağlarının həddindən artıq istehlakı zehni inkişafa təsir edir. Donuz piyləri damarların tıxanması və beyin qan dövranının pozulması ilə nəticələnir.

Suxarı və cipsilər

Beyni həddən artıq zəhərləyir. Uşaqlar bu cür xırçıldayan qidaları çox sevir. Halbuki bunlar beynin işini ağırlaşdırır və zehni qabiliyyəti azaldır. Ayıq olun və uşaqlarınızı onlardan uzaq tutmağa çalışın!

Alkoqol

Alkoqolun beynə verdiyi mənfi təsiri danılmazdır. Alkoqolun az dozada qəbulu da beynin normal fəaliyyətinə mane olur.

Qeyd: Əlbəttə, həddi aşmadıqca adı çəkilən məhsullar beynə ciddi ziyan verməz. İntellekt və zehninizin inkişafı üçün çoxlu kitab oxuyun, maraqlı insanlarla ünsiyyət saxlayın, məntiq testləri həll edin, idmanla məşğul olun və açıq havada daha çox olun.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm