Soyuqda gəzmək daha çox kalori yandırır?
Bizi izləyin

Sağlamlıq

Soyuqda gəzmək daha çox kalori yandırır?

Hava soyuqdur deyə yürüşlərə fasilə vermək doğru deyil.

Soyuqda yeriməyə davam! Beyni təmizləyir, stressi aradan qaldırır və daha çox kalori yandırır.

Hava soyuqdur deyə yürüşlərə fasilə vermək doğru deyil.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, soyuq havada templi yürüş daha çox faydalıdır. Soyuq hava beyni təmizləyir, stress və gərginliyini aradan qaldırır, daha çox kalori yandırılmasını təmin edir. Gündüz yürüşləri serotonin hormonu səviyyəsini artırır, bu da aclıq istəyini azaldır. Odur ki, qalın geyinib yola çıxın və bu sadə məşqlə formanızı qoruyun.

Yürüş üçün qalın, eyni zamanda, rahat geyimlər seçin və mütləq papaq taxın. Çünki bu zaman yürüşdən böyük zövq alacaqsınız. Əllər, burun və çənə də ən çox üşüyən nahiyələrdir. Çox soyuq havalarda əlcək və şərf taxmağı unutmayın.

Mütəxəssislər soyuq havalarda klassik pambığın əvəzinə, bədəni daha quru və isti saxlayan yüngül və sintetik geyimlərdən istifadə etməyi tövsiyə edir.

10 dəqiqə isinin

Soyuq havalarda yürüşə çıxmazdan əvvəl isinmə hərəkətlərini yerinə yetirin. Ürəyinizin və əzələlərinizin hazır olması üçün isinmə hərəkətləri vacibdir.

Susuz qalmayın

Suya hər saniyə ehtiyacımız var. Soyuq havada da yürüşə çıxarkən su için. Yaz ayları qədər qışda da bədən suya ehtiyac duyur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm