• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanda nə qədər narkoman var? - ŞOK STATİSTİKA

Azərbaycanda nə qədər narkoman var? - ŞOK STATİSTİKA

Rəsmi statistikaya görə, ölkədə 23 min narkoman var.

Amma. qeyri-rəsmi məlumat bunun daha çox,hətta 150 min civarında olduğu qeyd edilir.

Publika.az xəbər verir ki, bunu Modern.az-a Respublika Narkoloji Mərkəzinin direktor müavini Aytən Səmədova deyib.

“Səhiyyə Nazirliyi informatika və statistika idarəsinin məlumatına görə, 2013-cü il üçün narkomanların ümumi sayı 28376 nəfər olub. Bunların 22533 nəfəri dispanserin qeydiyyatında, 5843 nəfəri profilaktik qeydiyyatdadır, 756 nəfəri isə anonimdir. Ümumilikdə, 539 nəfər qadın narkotik aludəçisidir”.

Yaş kateqoriyalarına gəldikdə, həkim bildirib ki, 15-17 yaşlarında 4 nəfər, 18-24 yaşlarında 1344, 25-29 yaşlarında 3893, 30-34 yaşlarında 4147, 35-39 yaşlarında 4296, 40-44 yaşlarında 3415, 45-49 yaşlarında 3023, 50-54 yaşlarında 2531, 55-59 yaşlarında 2227, 60-64 yaşlarında 2014, 65 və yuxarı yaşlarda isə 1482 nəfər narkoman var:

“Kənd əhalisi arasında olan 4300 nəfər narkomanın 385 nəfəri qeydiyyata götürülüb. İnyeksion narkotik istifadəçilərinin sayı 20 004 nəfər təşkil edir. Onların 393 nəfəri qadındır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR