Bunu etmək siqaret çəkmək qədər zərərlidir
Bizi izləyin

Sağlamlıq

Bunu etmək siqaret çəkmək qədər zərərlidir

20 ildir günəş vannası qəbul edən təxminən 30 min isveçli qadın arasında aparılan tədqiqatda günəş işığının güman edildiyindən daha faydalı olduğu müşahidə olunub. İsveçin paytaxtı Stokholmdakı Karolinska İnstitutunun apardığı araşdırmanın nəticələrinə görə, günəşdən qaçmaq siqaret çəkmək qədər zərərlidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, uyğun zamanlarda və müəyyən müddətdə günəş vannası qəbul etməyin yeni faydaları kəşf edilib. Alimlər günəş şüaları sayəsində orqanizmdə sərbəst qalan nikrit oksid həyatı əhəmiyyət daşıdığını bildirib.

Mütəxəssislər hər nə qədər günəş işığına həddindən artıq məruz qalmanın ölümcül dəri xərçənginə səbəb olduğunu bildirsə də, müsbət tərəflərini kəşf etməyə davam edirlər. Aparılan son tədqiqatda məlum olub ki, günəş şüaları ürək-damar sistemimi qoruyur, həm də xoşbəxtlik hormonları kimi tanınan serotonin istehsalında əhəmiyyətli rol oynayır. Günəş vannası qəbul edən insanların ürək xəstəliklərinə qarşı daha müqavimətli olduğu və daha az xəstələndiyi də bildirilib. Bunun səbəbi təzyiqi salan və qan hüceyrələrinin genişlənməsini təmin edən nitrat oksidin günəş şüalarının təsiri ilə sərbəst qalmasıdır. Nitrat oksidin faydaları bununla da məhdudlaşmır. Qan dövranında nitrat oksid yetərli səviyyədə olmadığı hallarda insulin funksiyasını yerinə yetirə bilmir, dolayısı ilə diabetə səbəb olur.

Azı da çoxu da zərərdir

Statistikalara görə, normal miqdarda qəbul edilmiş günəş vannası ömrü uzadır. Alimlər onu da vurğulayıblar ki, günəş sularına həddindən artıq məruz qalmaq təhlükəlidir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm