Qaşların tökülmə səbəbləri və müalicəsi
Bizi izləyin

Sağlamlıq

Qaşların tökülmə səbəbləri və müalicəsi

Qaşların seyrəlməsi son illərdə bütün xanımların qarşılaşdığı problemdir. Bunun tibbi və kosmetik səbəbləri var. Professor İbrahim Saraçoğlu qaş tökülməsinin səbəblərini açıqlayıb. Publika.az-ın gözəllik bölməsi İbrahim Saraçoğlunun fikirlərini təqdim edir.

İ.Saraçğolunun sözlərinə görə, qaş tökülməsinin səbəbləri saç tökülməsi ilə təxminən eynidir: “Qaşların da, saçların da mənbəyi eynidir. Qaşların seyrəlməsinin əsas səbəblərinə vitamin, mineral və hormon tarazlığının pozulması daxildir. Eynilə saçlar kimi qaşların da vitamin və minerallara ehtiyacı var. Bəzi xanımlar qaşlarını tez-tez aldırırlar. Bu zaman tük kökündən qoparılır və bu vəziyyət tük kökünə zərər verir. Korlanmış tük kökləri dəfələrlə özünü yeniləməyə çalışır, ancaq bir müddət sonra yeniləmə prosesi dayanır. Bu halda qaş bir daha çıxmır və ciddi şəkildə seyrəlməyə başlayır. Bir müddət sonra qaşlar formasız görünür, həm də tüklər uzanmır. Buna xalq arasında “qaş küsməsi” deyilir.

Digər bir amil dəri xəstəlikləri və saç qırandır. Əgər tüklər qaşın ancaq bir hissəsində tökülürsə, böyük ehtimalla bunun səbəbi dəri xəstəlikləridir. Bu halda dərhal dermatoloqa müraciət edin”.

Qaş tökülməsinin digər səbəblərini belə sadalamaq olar:

Makiyajla yatmaq (qaş qələmi)

Qeyri-kafi qidalanma

Hipotiroid (həddindən artıq tiroid hormonu istehsalı)

Kimyəvi terapiyanın əks təsirləri

Travmalar

Göbələk və ekzema

Sızanaqlar

Qaş tökülməsinin müalicəsi

Qaşları almayın: İlk növbədə qaş almağı bir müddətlik dayandırın. Onsuz da son illərdə qalın və təbii qaşlar dəbdədir. Hər halda qaşsız qalmaqdan daha yaxşıdır.

Həkim Nəzarəti: Əgər qaş tökülməsi dayanmırsa, mütləq həkimə müraciət edin. Unutmayın ki, bunun səbəbi dəri xəstəliyi ola bilər. Bu halda xəstəliyin yayılma riski də var. Bundan əlavə, hormon müalicəsini özünüz edə bilməzsiniz.

Balanslı Qidalanın: Sağlam qidalanmaq yalnız saç və dəri üçün deyil, bütün orqanizminiz üçün vacibdir. Buna xüsusi diqqət göstərin.

Təbii müalicə: Təbii bitki yağları həm tük kökünü möhkəmlədir, həm də qaşları qalınlaşdırır.

Qaş əkilməsi: Əgər qaşlardakı tüklər tamamilə tökülübsə, müasir üsullardan istifadə edə bilərsiniz. Bu əməliyyat bir çox müalicə mərkəzlərində son dərəcə uyğun şəraitdə həyata keçirilir.

Qaş tökülməsinə çarə

Əgər qaş tökülməsi hormon və ya dəri xəstəlikləri ilə bağlı deyilsə, qaş zərdabları, tük çıxarıcı kremlər, qidalandırıcı yağlardan istifadə edin.

Qaş üçün effektli maska: Bu maskanı duşdan çıxdıqdan sonra çəkin. 1 çay qaşığı hind yağı ilə 1 çay qaşığı badam yağını yaxşıca qarışdırın, duş sonrasında makiyaj fırçası və ya qulaq pambığı ilə qaşlara və kirpiklərə sürtün. Yarım saat gözlədikdən sonra ilıq su ilə yuyun.

Sarımsaq maskası:

Bir diş sarımsağı yaxşıca döyüb, badam yağı ilə qarışdırandan sonra qaşlara sürtün, yarım saatdan sonra yuyun.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm