Sağlamlığın yeni trendi: Noxud suyu
Bizi izləyin

Sağlamlıq

Sağlamlığın yeni trendi: Noxud suyu

Elə gün olmur ki, sağlam qidalanma mütəxəssisləri yeni bir trend müəyyənlşdirməsinlər.

Publika.az xəbər verir ki, sağlam həyat tərzini seçənlərin gündəmində bu dəfə də noxud suyu var. Noxud suyu və ya digər adı ilə “aquafaba” yumurtaya alternativ göstərilir.

Uzun illərdir ki, veqanların ən sevimli qidalarından olan noxud zülal, lif və faydalı karbohidratlarla zəngindir.

Ancaq mütəxəssislər, noxudun suyunun özündən daha faydalı olduğunu bildirirlər. Bəlkə də bu yazını oxuduqdan sonra siz də noxudu qaynatdıqdan sonra suyunu atmaqdan vaz keçəcəksiniz.

Yumurta ağı əvəzinə noxud suyundan istifadə etmək olar. Bu yumurtaya qarşı allergiyası olanlar üçün də yaxşı seçimdir. 3 xörək qaşığı noxud suyu 1 ədəd yumurtanın ağı ilə eyni dərəcədə faydaya sahibdir.

Krem, makaron və ya tort hazırlayarkən yumurta əvəzinə “aquafaba”dan yararlanmaq mümkündür.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm