Bir həftəyə 4,5 kq arıqladan mövsüm pəhrizi
Bizi izləyin

Sağlamlıq

Bir həftəyə 4,5 kq arıqladan mövsüm pəhrizi

Əksər insanlar, xüsusən qadınlar yay mövsümündə artıq çəkidən xilas olmağa çalışır. Odur ki, indidən hazırlıq görmək vaxtıdır. Publika.az bu yazıda bir həftəyə 4,5 kq arıqladan pəhrizin reseptini təqdim edir.

1-ci gün: Meyvə

Banandan başqa istədiyiniz mövsüm meyvəsini yeyə bilərsiniz.

2-ci gün: Tərəvəz

Yeyə bildiyiniz qədər təzə, çiy və ya buxarda bişmiş tərəvəz yeyin. Qarğıdalı, lobya kimi tərəvəzlər olmaz. Amma bir xörək qaşığı kərə yağı ilə bir ədəd qızardılmış kartof yemək olar.

3-ci gün: Meyvə və tərəvəz

İstədiyiniz qədər meyvə və tərəvəz yeyin, amma bu gün kartof olmaz!

4-ci gün: Banan və süd məhsulları

8 ədəd banan yeməyə icazə verilir, həmçinin 8 stəkan süd içməlisiniz. (Qatıq da ola bilər)

5-ci gün: Toyuq və pomidor

Pəhrizin 5-ci günündə toyuq, yaxud hinduşka və pomidor yeyin. Amma yediyiniz hər bir pomidor üçün bir stəkan su içməlisiniz.

6-ci gün: Toyuq və tərəvəz

İstədiyiniz qədər suda qaynadılmış toyuq və tərəvəz yeyin. Amma kartof olmaz.

7-ci gün: Sehrli şorba

Ərzaqlar:

4-5 ədəd təzə soğan

2 kələm yarpağı

2 ədəd yaşıl bibər

4 kasa doğranmış pomidor

1 dəstə doğranılmış kərəviz sapı

Hazırlanması:

Bütün ərzaqları doğrayın. Doğradığınız tərəvəzləri bir qazana töküb hamısını qarışdırın və üzərini örtəcək qədər su töküb 10 dəqiqə qaynadın. Daha sonra odu azaldıb tərəvəzlər yumşalana qədər bişirin.

Pəhrizi saxlamazdan əvvəl həkimlə məsləhətləşin. Orqanizminiz zəifdirsə, pəhrizi saxlayan zaman B və C vitaminləri qəbul edin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm