Qara nöqtələrin yeri səhhətiniz haqqında nə deyir?
Bizi izləyin

Sağlamlıq

Qara nöqtələrin yeri səhhətiniz haqqında nə deyir?

Qara nöqtələr bir çox qadını narahat edən problemdir. Qara nöqtələr təkcə gözəlliyə kölgə salmır, həm də səhhətinizdə baş verən bir çox problemdən xəbər verir.

Publika.az qara nöqtələrin çox olduğu nahiyələrə əsasən sağlamlıqda hansı problemlərin baş verdiyini açıqlayır:

Alnın bitib saçların başladığı cizgi

Bu nahiyədə qara nöqtələr varsa, bu, sizin saça qulluq vasitələrindən həddən artıq istifadə etdiyinizi göstərir. Xüsusilə də, saç balzamından həddən artıq istifadə etdikdə dəridəki məsamələr dolur və qara nöqtələr meydana gəlir.

Qollar

Qollarda müşahidə edilən qara və qırmızı nöqtələr dəri xəstəliyinin işarətidir. Belə halla üzləşdikdə dermatoloqa müraciət etmək lazımdır.

Qulaqlar

Qulaqlarda müşahidə edilən qara nöqtələr bədəninizin susuz qaldığından xəbər verir. Gündə təxminən, 2 litr su içməyi unutmayın.

Qaşların arası və burun

Bu vəziyyət stressdən əzab çəkdiyinizi göstərir.

Yanaqlar

Bu həm dəri tipinizin yağlı olduğundan, həm də təmiz olmayan əllərinizlə tez-tez üzünüzə toxunduğunuzdan xəbər verir. Dəridəki məsamələrin təmiz qalması vacibdir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm