Həftədə 3 dəfə kartof yeyirsinizsə...
Bizi izləyin

Sağlamlıq

Həftədə 3 dəfə kartof yeyirsinizsə...

Ən çox istifadə etdiyimiz qidalardan olan kartofun sağlamlığa zərər verdiyi üzə çıxıb.

Publika.az xəbər verir ki, tərkibi nişasta və karbohidratlarla zəngin olduğu üçün illərdir diyetoloqların zərərli qida siyahısında yer alan kartof haqqında həqiqətlər üzə çıxıb.

Alimlər bu tərəvəzin zənn edildiyindən daha təhlükəli olduğunu açıqlayıb. “The BMJ” jurnalında yayımlanan araşdırma nəticələrinə görə, həftədə 3 dəfə və daha çox kartof yeyən insanlarda yüksək təzyiqdən əziyyət çəkmək riski artır. 187 min kişi və qadının iştirak etdiyi araşdırma göstərib ki, kartofu hansı formada yeməkdən asılı olmayaraq, nəticə dəyişmir. Yəni kartof püresi də ən az qızartma kartof və ya çips qədər zərərlidir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm