Orqanizmi toksinlərdən təmizləyən qidalar
Bizi izləyin

Sağlamlıq

Orqanizmi toksinlərdən təmizləyən qidalar

Orqanizmi lazımsız və zərərli maddələrdən, toksinlərdən təmizləmək üçün ilin müəyyən dövrlərində detoks etmək lazımdır. Buna fürsət tapmayanlar isə detoks effektli qidalardan yararlana bilərlər. Detoks effekti yağları da əridir. Buna görə də sadəcə sağlamlığının qayğısına qalanlar deyil, arıqlamaq istəyənlər Publika.az-ın təqdim etdiyi aşağıdakı qidalardan istifadə etməlidir:

Qırmızı bibər

Portağaldan 3 dəfə çox C vitamini ehtiva edir. Bu vitamin toksinləri həzm edilə bilən materiallara çevirir. Beləliklə, toksinlər bədəndən xaric edilir.

Sitrus meyvələri

Sitrus meyvələri də yüksək miqdarda C vitamini ehtiva etdikləri üçün detoks təsiri göstərirlər.

Günəbaxan

Tərkibindəki seleniyum və E vitamini sayəsində qaraciyərin təmizlənməsini təmin edir.

Su tərəsi

Qaraciyəri təmizləyir. Təbii sidik qovucudur.

Sarıkök

Sarıkökdən də qaraciyəri toksinlərdən təmizləmək üçün istifadə edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm