Qadınlar doğuşdan niyə qorxur? - Video
Bizi izləyin

Sağlamlıq

Qadınlar doğuşdan niyə qorxur? - Video

Qadınlar doğuşdan niyə qorxur? Bu suala həkim ginekoloq Afaq Məcidovanın sosial şəəbklərdə paylaşılmış yazısında cavab axtarılır. Həmin yazını təqdim edirik.

Qadınlar doğuşdan niyə qorxur? Bu suala həkim ginekoloq Afaq Məcidovanın sosial şəəbklərdə paylaşılmış yazısında cavab axtarılır. Həmin yazını təqdim edirik.

İlk növbədə hamilələri doğuş ağrıları haqqında təsəvvürləri həyacanlandırır. Lakin onlar bilməlidirlər ki, bu ağrı yox sancı hesab olunur. Sanci isə ağridan fərqli olaraq qısamüddətli olur, fasilələrlə baş verir. Fasilə zamanı qadın istirahət edir, hətta yuxulaya bilər. Sancı zamanı isə dərindən nəfəs alıb verməklə ağrını yüngülləşdirə bilər. Doğuş baş verən ana qədər olan dövr sancı dövrü adlanır. Sancının ilk dövrlərində 15-20 saniyə sancı, 15-20 dəqiqə fasilələr olur. bu müddətdə qorxu, təşviş olarsa bütün bədəndə yığılma, sıxılma (o cümlədən də uşaqlıqda) olur, bu da ağrını artırır, və dözülməz dərəcəyə gətirib çıxara bilir. Hamilə xanımlar, ona görə də siz sancılar başladığı zaman, çalışın özünüzə maraqlı olan bir işlə başınızı qatın. Sancının gəlməsini dəhşətli bir şey kimi gözləməyin, sancı gəlir, bir neçə saniyədən sonra bitir. Sancı zamanı dərindən nəfəs alın, yavaş -yavaş nəfəsinizi verin. Belə tənəffüs butun əzələlərin boşalmasina (uşaqlıq daxil olmaqla) səbəb olur. Bu sancının şiddətini azaldır. Sancı zamanı uşaq uşaqlıq boşluğunda sıxılır, siz dərindən nəfəs alıb verməsəniz, körpənizin bətn daxili boğulması baş verə bilər, və həmçinin döl doğum yollarından rahat keçə bilməz.

Sancılar arası fasilə azaldıqca, siz qısa aralarda, yenə də gözünüzü yumub dərindən nəfəs alın, yavaş-yavaş nəfəsinizi buraxaraq , istirahət etməyə çalışın. Unutmayın sizin belə qaydada nəfəs almağınız, bətninizdəki körpənizi də rahat, komfort şəraitdə dünyaya gəlməsinə şərait yaradır. Düzgün nəfəs alma texnikasını bütün hamiləlik müddəti gündə bir neçə dəfə təkrar edin, bu həm bətninizdəki körpəniz üçün çox faydalı olacaq (siz bununla dölə daha çox oksigen vermiş olursuz), həm də doğuşa hazırlıq məşqlərinə çevriləcək. Sancılar arası pürrəngi isti çay (tez-tez), kofe (1-2 dəfə), təbii meyvə şirələri qəbul etməyi unutmayın. Bacardığınız qədər cox maye qəbul edin. Bu sancının müddətini və şiddətini azaldır. Ağrını aradan qaldırmaq üçün bəzən həkim müdaxiləsinə də ehtiyac olur.

Sancı dövründən sonra dölün doğulma dövrü--gücənmə dövrü başlayır. Bu zaman artıq ağrılar olmur. Qadında gücənmə hissiyatı yaranır. (sanki böyük bayıra getmək istəyir.) Bu dövr də fasılələrlə baş verir. Güc dövründə də xanım özünü yormamalı, qorxutmamalı, fasilələrdə, dərindən nəfəs alıb vermələri davam etməlidir.!!! Bu dölün güc zamanı boğulmasının, ananın və uşağın doğuş zamanı travma almasının qarşısını alır. Doğan qadın gücənməyə, həkim göstərişindən sonra başlamalıdır. Bu zaman o ayağını döğuş masasının ayaqlığına möhkəm dirəyir, masanın dəstəklərindən tutub özünətərəf çəkərək güc verməyə başlayır. Güc verən zaman qadının başı bir qədər hündür vəziyyətdə olmali, başını sinəsinə sıxmalı və göbəyinə baxmalıdır. Güc ancaq güc gələndə, həkinim icazəsi ilə verilməlidir. 3 dəfə dalbadal uzun sürəkli verməlidir, qırıq-qırıq güc vermə doğuşun müddətinə uzadır və dölə ziyan verir. 3 güc arası bir dəfə dərindən nəfəs alıb vermək və gücənməni təkrarlamaq lazımdır. Güc olmayan zaman isə doğan qadın istirahət etməli, gözünü yumub dərindən nəfəs alıb verməlidir. Dölün başı cinsiyyər yarığından çıxan zaman, həkim güc vermə dedikdə dərindən nəfəs almalı, güc ver dedikdə isə diqqətli olmalıdir. Çünki birdən birə güc vermə aralığın cırılmasına səbəb olur. Ona görə də gücü həkimin dediyi kimi vermək lazımdır.

Beləliklə, siz özünüz övladınızın sağlam doğulmasını və doğuşunuzun komfort keçməsini təmin olmuş olarsız. Bu normal fizioloji doğuşdur. Tanrı arzulayanlara qismət eləsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm