Sağlamlıq
Oruc tutanları gün ərzində tox saxlayan faydalı qida
Mütəxəssislər Ramazan ayında süd istehlakının əhəmiyyətini bir daha vurğulayıb.
Nuh Naci Yazqan Universitetinin tibb elmləri fakültəsinin dekanı, professor Doktor Nəriman İnanc bir stəkan südün insanı 5 saat tox saxladığını deyib. Onun sözlərinə görə, bu fakt elmi cəhətdən də sübut olunub.
Publika.az xəbər verir ki, professor oruc tutanların imsak vaxtı oyanmalı və yetəri qədər qidalanmalı olduğunu deyib: “İmsak vaxtı mədəni daha gec “tərk” edən, qidalara üstünlük verilməlidir. Protein tərkibi yüksək olan qidalar mədənin boşalma müddətini uzadaraq acmağı gecikdirir. Süd zülalla zəngin qidalar siyahısına daxildir. Səhərlər bir stəkan süd içmək gün ərzində özümüzü tox hiss etməyimizə yardım edir, həmçinin susuzluğu yatırır”.
Amerikalı alimlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, toxluq hissi verən qidalar arasında ilk süd gəlir. Onların qənaətinə görə, bir stəkan süd insanı 5 saat ərzində tox saxlayır. Südün tərkibindəki laktoza orqanizmin enerji ehtiyacının ödənilməsinə yardımçı olur, yağ isə mədədə uzun müddətdə qalaraq toxluq hissinin uzun müddət davam etməsini təmin edir. Bundan başqa, istilərdə tərlə çıxan kalsium, mineral və vitamin ehtiyacının ödənilməsinə dəstək olur.
Kökəlməyə mane olur
İnanc Ramazan ayından sonra oruc tutan insanların çəki problemləri ilə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, süd şirniyyat istəyini də öldür. Bu baxımdan professor Ramazan ayında oruc tutanlara xəmir və un məmulatlarından uzaq durmağı, əvəzində süddən hazırlanan məhsullara üstünlük verməyi tövsiyə edib. Süd məhsulları həm kalsium ehtiyacını ödəyəcək, həm də artıq bədənə enerji verəcək.
Aytən
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR