Beyni cavanlaşdıran QİDALAR
Bizi izləyin

Sağlamlıq

Beyni cavanlaşdıran QİDALAR

Bizim beynimiz pəhrizləri və fast food-ları sevmir. O, öz işini tərkibində zülal, karbahidrat, hər növ vitamin və mikroelementlər olan qidalarla tənzimləyir. Fizioloqların bizə təqdim etdiyi qidalara nəzər salaq. Seçilmiş məhsullar beyin fəaliyyəti üçün lazım olan bütün komponentlərlə təmin olunublar. Bunları həftədə heç olmasa 2 dəfə öz qida rasionunuza əlavə edin.

Publika.az oxucuları beyni və yaddaşı möhkəmləndirən qidalar və onların təsiri ilə tanış edib.

Çuğundur

Betainlə zəngindir. Bu maddə əhval-ruhiyyəni qaldırır, konsentrasiyanı yaxşılaşdırır, hadisələrə cəld reaksiya vermə bacarığını artırır. Xalq təbabətində qaymaritin müalicəsində istifadə olunur. Tərkibində mikroelementlər və vitaminlər çoxluq təşkil edir, ona görə də mədə-bağırsaq və qan-damar sisteminə də müsbət təsir görtərir. Çuğundur qırmızı sümük iliyinin aktivliyini artırır, qanda hemoqlobilinin miqdarının yüksəlməsinə səbəb olur və sidikqovucu təsirə malikdir.

Amerikan alimlərinin araşdırmalarının nəticəsinə əsasən məlum olub ki, çuğundur şirəsindəki azot turşularının duzları beyin hüceyrələrini stimullaşdırır, onların qan və oksigenlə təchizatını yaxşılaşdırır.

Avokado

Beyin əzələlərinin fəaliyyəti üçün çox gözəl bir qidadır, təzyiqi normallaşdırır və insult riskini azaldır. Tərkibindəki yağların sayəsində qan dövranını yaxşılaşdırır ki, bu da beyin fəaliyyətinə müsbət təsir göstərir.

Tünd şokolad

Maqnezium mikroelementi ilə zəngindir ki, bu da yaddaşı yaxşılaşdırır. Şokoladın rəngi nə qədər tünddürsə, onun tərkibindəki flavanoidlərin də miqdarı o qədər yüksəkdir. Flavanoidlər güclü antioksidantlardır, qocalıqla mübarizə aparır. Britaniya alimlərinin gəldiyi qənaətə əsasən tünd şokalad beyni cavanlaşdırır. Belə ki, tərkibindəki komponentlərin hesabına beyin hüceyrələri nəinki bərpa onunur, həm də təzələnir, bu, flavanoid və polifenolun təsiri nəticəsində baş verir.

Kivi

C vitamini mənbəyidir. Bir meyvə gündəlik vitamin balansını təmin etməklə yanaşı antioksidant təsirə malikdir ki, bu da beyindəki sərbəst radikalları məhv edir.

Balıq məhsulları

Omeqa-3 aminturşuları ilə zəngin olan balıq və balıq məhsulları beyin hüceyrələri arasındakı əlaqəni möhkəmləndirir. Balıq məhsulları təkcə orqanizmi enerji ilə təmin etmir, həm də onun fəaliyyətini stimullaşdırır. Beyin mərkəzinin boz baddəsini oksigenlə zənginləşdirir.

Üzüm

Üzüm gözəl, ətirli və dadlı meyvədir və bir çox xəstəliklərə də dərmandır. O,ümumilikdə orqanizmin tonusunu artırır. Tərkib elementləri sümük iliyinə aktivləşdirici təsir göstərir. Qırmızı üzümün tərkibində olan sirtuain beyində yerləşən qlükoza metobalizmini həyata keçirən mərkəzin işini aktivləşdirir və diabetin müalicəsində yardımçı olur. Epikatexin sayəsində qanın beynə daha yaxşı daşınmasına şərait yaradır.

Yaşıl noxud

Bu bitki ən yaxşı B1 vitami mənbələrindəndir, diqqəti və zehni fəaliyyəti gücləndirir. B1 vitaminin çatışmazlığı diqqətsizliyə səbəb olur. Yaddaşın itirilməsi və əhval-ruhiyyənin azalması ilə nəticələnir. Bu problemlərdən qurtulmaq üçün həftədə 1 dəfə təzə, dondurulmuş və ya konservləşdirilmiş fərqi yoxdur, mütləq yaşıl noxud yeyilməlidir.

Qoz

Rəvayətə görə, Babil kahinləri sadə əhaliyə qoz yeməyi qadağan etmişdilər. Kahinlərin qorxusu əbəs yerə deyildi, qoz beynin qidasıdır. Bu onun tərkibindəki çoxlu miqdarda yağ turşularının, fosfor və dəmirin olması ilə əlaqədardır. Tərkibindəki lesetin maddəsi beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Sink zehni fəaliyyəti aktivləşdirir, unutqanlığın dərmanıdır.

Yerkökü

Alimlərin gəldiyi qənaətə əsasən, kök beta-karotin tərkiblidir, qocalma prosesini ləngidir, beyin hüceyrələrindəki sərbəst radikalları dağıdır.

Məlum olduğu kimi nə qədər sağlam qidalansaq, beynimiz və bununla da bütün orqanizmimiz də normal fəaliyyət göstərəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm