Ağdaşda təmənnasız tibbi müayinə aksiyası
Bizi izləyin

Sağlamlıq

Ağdaşda təmənnasız tibbi müayinə aksiyası

Ağdaş rayonunda əhalinin pulsuz tibbi müayinədən kecirilməsi aksiyasına start verilib.

Ağdaş rayonunda əhalinin pulsuz tibbi müayinədən kecirilməsi aksiyasına start verilib.

105000 min nəfərədək sakini əhatə edəcək pulsuz tibbi müayinənin yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanasında, 2 poliklinikada 44000 labarator müayinəsi, 4000-dən çox ultrasəs müayinəsi, 2500 rentgen müayinəsi, 500 elektro kardioqrama müayinəsi aparılıb.

Bundan əlavə Ləki, Qaradağlı, Şəmsabad və Gürcüva kənd xəstəxanalarında, 11 həkim ambulatoriyasında ixtisaslaşdırılmış həkim komissiyaları fəaliyyət göstərir. Müayinə zamanı 80 nəfər Ağdaş mərkəzi xəstəxanasına cəlb olunmuş, 400 nəfər ambulator müayinəyə cəlb olunub. 35 nəfər Bakı şəhərinə müayinə olunmaq üçün göndərilib. Müxtəlif ixtisaslı həkimlərdən ibarət 16 briqada qrafika üzrə yerlərdə ahıl, əlil və bu kateqoriyadan olan xəstələri müayinə edirlər.

Qeyd edək ki, aksiyaya fevral ayının 17-dən start verilib. May ayının 2-dək davam edəcək aksiya müddətində tibb müəssələrində ümumi və biokimyəvi laboratoriyalar, rentgen, ultrasəs və digər müayinə kabinetləri əhaliyə pulsuz xidmət göstərəcək. Rayonun ucqar yaşayış məntəqələri olan Yenikənd, Xosrov, Dəhnə qəsəbəsi də daxil olmaqla 18 kəndi əhatə edən sahə xəstəxanasında 10375 nəfər sakinin tibbi müayinəsi mütəşəkkil keçirilib. Əhalinin müayinəsi üçün müasir avadanlıqlardan istifadə olunur. Bu günə kimi rayon üzrə 44567 min nəfərdən çox sakin tibbi müayinədən keçirilib.

Xatırladaq ki, Azərbaycan prezidentinin tapşırığına əsasən 17 fevral 2014-cü il tarixdən 1 may 2014-cü il tarixə qədər Azərbaycan respublikasının əhalisinin bütünlüklə müayinədən keçirilməsi tapşırığı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm