Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB
Bizi izləyin

Sağlamlıq

Oftalmoloqa müraciət etmək üçün 5 SƏBƏB

Araşdırmalar göstərir ki, dünyada yaşayan insanların 60%-dən çoxunda görmə ilə bağlı olan müxtəlif problemlər var.

İldən ilə bu rəqəm artır və hal hazırda hətta cavan insanlarda və uşaqlarda tez-tez müxtəlif görmə problemləri aşkar olunur. Həkimlər bunu müasir insanların həyat tərzi ilə əlaqələndirir. Gözlərin sağlamlığı üçün insan tez-tez uzaq məsafələrə baxmalıdır. Müasir insanlar isə günün bir çox hissəsini kompütür, planşet, telefonun ekranına baxmaqla keçirdirlər.

Bəzən görmə ilə bağlı problemlər özünü baş ağrısı, yorğunluq, baş gicəllənməsi kimi simptomlarla büruzə verir ki, insan da bu simptomları göz xəstəlikləri ilə əlaqələndirmir və oftalmoloqa müraciət etmir. Xəstəlik isə daha da dərinləşir və ağırlaşmalara gətirib çıxardır.

Bu yazı sizi görmə pozulmalarının bəzi simptomları ilə tanış edir. Özünüzdə bu simptomları müşahidə etmisinizsə, oftalmoloqa müraciət edin.

- Tez-tez təkrarlanan baş ağrıları.

"Səbəbsiz" baş ağrılarından əziyyət çəkirsinizsə, oftalmoloqun müayinəsindən keçin. Bu görmənin pisləşməsinin əlaməti ola bilər.

- Baş gicəllənməsi.

Bunun səbəbi də görmənin pisləşməsi, düzgün seçilməmiş eynək və ya kontakt linzaları ola bilər. Bəzən insanlar həkimlə məsləhətləşmədən eynək alır və ya digər insanların eynəklərindən istifadə edirlər. Bu çox təhlükəlidir və çox ağır nəticələrə gətirib çıxarda bilər.

- Oxuma zamanı tez yorulursunuz, xoşladığınız kinonu sona qədər baxa bilmirsiniz.

Bu da çox xarakterli simptomdur. Gözlər gərgin olur və bu da daha tez yorulmağa səbəb olur.

- Göz yorğunluğu, gözlərdə yandırma və qaşınma.

- Gözlərin qarşısında xətlərin, nöqtələrin "üzməsi".

Bu çox təhlükəli simptomdur. Bunun səbəbi müxtəlif ağır göz xəstəlikləri ola bilər. (saglamolun.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm