Antibakterial sabunlar hansı xəstəliklərə səbəb olur?
Bizi izləyin

Sağlamlıq

Antibakterial sabunlar hansı xəstəliklərə səbəb olur?

Əllərinizi və bədəninizi antibakterial sabunlarla yuyaraq 90-95%-dək mikrobları məhv edə bilərsiniz. Uzun müdətdir həyatımıza daxil olan antibakterial sabunların bizi xəstəliklərlərdən qoruduğunu düşünürük. Amma araşdırmalar göstərir ki, bu sabunlar yalnız zərərli bakteriyaları məhv etmir, dəridə xəstəliklər də yarada bilir. Yəni, zərəri faydasından çoxdur.

Antibakterial sabunun tərkibində triklozan (duru sabunda) və ya triklokorban (adi sabunda) vardır. Hər iki komponent pis yuyulur və heç də zərərsiz deyil. O, fermentin işini dayandırır və bakteriyalara "qoruyucu plyonka" yaradaraq onların məhv olmasına gətirir. Lakin, antibakterial preparatlar ziyanlı bakteriyalarla bərabər, dəriyə çəpər funksiyasını təmin edən xeyirli bakteriyaları da məhv edirlər. Bu isə dərinin həssaslığına səbəb olur.

Dermatoloq Kənan Əhmədovun sözlərinə görə, dəridə, əldə orqanizmə xeyirli, dərinin qoruyucu funksiyasını təmin edən bakteriyalar var. K.Əhmədovun sözlərinə görə, antibakterial sabunlar bədəni zərərli mikroblardan təmizləyir. Qeyri-patogen mikroblara təsir göstərmir.

“Patogen mikrobların olmaması nəticəsində, zərərvericilərin miqdarı arta və göbələk infeksiyası inkişaf edə bilər. Bu isə dəridə problem yarada bilər. Amma eyni zamanda sabunların təsiri onların keyfiyyətindən asılıdır. Bəzi sabunlar dəridə qızartılar yarada bilər. Bizə müraciət edən xəstələr arasında da sabundan şikayət edirlər. Dəriyə lazım olan mikrofloranın məhv edilməsi nəticəsində dəridə qızartılar, göynəmə, sulanma yarana, göbələk hüceyrələri arta bilər”.

Həkimin sözlərinə görə, sabunların normal mikrobları məhv etməsi mümkündür.

“Gündə 5-6 dəfə əl yumağın zərəri olmaz. Amma hər saatda bir neçə dəfə əlin yuyulması problem yarada bilər. Düzdür bu problemlə bağlı müraciət edilməyib. Amma belə halın baş verməsi istisna edilmir. Əllərin həddən artıq sabunla yuyulması dərinin həssaslığını azaldar, bununla da qoruyucu funksiya aradan qalxar”.

Həkim dermatoloq Ramin Qocayev isə həmkarından fərqli olaraq antibakterial sabunların zərərli təsirləri ilə tez-tez qarşılaşdığını dedi:

“Bu sabunlar dərinin üst qatında səthi aktiv maddələri məhv edir. Əl dərisi həddən artıq həssas olur. Hətta havanın temperaturunun dəyişməsinə, suya, qida vasitələrinə həssaslıq yaranır ki, həmin nayihələrdə qızartılar olur”.

Dermatoloq qış aylarında antibakterial sabunlardan istifadəni məsləhət görmədiyini dedi:

“Yay mövsümündə isə bu sabunlardan istifadə gündə bir dəfədən çox olmamalıdır. Əllərdə bizə lazım olan patogen bakteriyaların məhv olması, immun sistemini zəiflədir”.

İmmun sisteminin zəif olması sağlamlığımız üçün çox təhlükəlidir. Çünki belə halda bədənimiz bir çox xəstəliklərin yaranması üçün əlverişli olur. Xüsusilə də, uşaqların bakteriyanı 100 faiz məhv edən sabunlardan istifadə etməsi yanlış seçimdir. Xəstəliklərdən qorunmaq istəyərkən, onların qurbanına çevrilməmək üçün diqqətli olmaq lazımdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm