Siqaret ciddi yaddaş itkisinə səbəb olur
Bizi izləyin

Sağlamlıq

Siqaret ciddi yaddaş itkisinə səbəb olur

Türkiyə Səhiyyə Nazirliyi siqaretin zərərlərini izah edən bir proqram hazırlayıb. Bu proqramda siqaretin hər hansı xəstəlik əleyhinə istifadə edilən dərmanları zərərli hala gətirə biləcəyini dilə gətirdi.

Türkiyə Səhiyyə Nazirliyi siqaretin zərərlərini izah edən bir proqram hazırlayıb. Bu proqramda siqaretin hər hansı xəstəlik əleyhinə istifadə edilən dərmanları zərərli hala gətirə biləcəyini dilə gətirdi.

Proqramda az siqaret çəkmənin əsla zərərsiz olmadığına toxunulub, çəkilən hər siqaretin insan sağlamlığına zərəri olduğu izah edilib.

Nikotin bədənə daxil olduğu andan etibarən beyin və əsəb sisteminə xəbərdarlıq edir. Sonrakı daxil olmalarında isə artıq beyin və əsəb sistemini zəiflətməyə və onlara nakotik təsir göstərməyə başlayır. O, hətta tənəffüs iflicinə yol açaraq ölümə səbəb olur.

Mentollu siqaretlərin də sağlamlıq üçün eyni dərəcədə zərərli olduğu ifadə edilən proqramda siqaretin xərçəngə gətirib çıxardığının artıq elmi olaraq sübut edildiyi bildirilib. Ağciyər xərçənginin 85 faizi siqaretdən yaranır. Bundan əlavə, siqaretin ağız, boğaz, yemək borusu, qırtlaq, uşaqlıq, böyrək və s. xərçənginin meydana gəlməsində də böyük rolu var. Əlavə olaraq qeyd edilib ki, ağciyər xərçəginə tutulmuş bir xəstənin sağalma şansı çox azdır. O, ən çox 5 il yaşaya bilər.

Siqaret çəkən şəxs tüstünü içinə çəkməsə belə təmas etdiyi yerlərdə (dodaq, dil, ağız içi, yemək borusu, qırtlaq) onun mənfi təsiri qalır və tüstünün bir hissəsi istər-istəməz ağ ciyərlərə qədər gedir. Proqramda ürək xəstəlikləri və beyin qanaması səbəbi ilə olan ölümlərin üçdə birinin siqaretlə bağlı olduğu bildirilib. Araşdırmalar nəticəsində məlum olub ki, təhsil və gəlir səviyyəsi aşağı olanlar daha çox siqaret çəkirlər.

Hamilə qadın siqaret çəkdiyi təqdirdə hamiləliyin baş ağrılı və ya ölü uşaq doğmaqla nəticələnəcəyi ehtimalının artdığı ifadə edilən proqramda hamiləlik əleyhinə dərmandan istifadə edən qadının siqaret çəkməsi halında ürək xəstəliyi riskinin artdığı da bildirilib. Proqramda siqaret çəkənlərin çəkməyənlərlə müqayisədə daha cavan yaşda həyatını itirdikləri ifadə edilib. Çox siqaret çəkən şəxs siqareti tərgitdikdə tərləmə, ürək sürətinin dəyişməsi, həzmsizlik, yuxu pozğunluğu, əsəbilik kimi əlamətlər özünü büruzə verir. Ancaq bunların da hər birinin çarəsi var və bu hallar bir həftə ərzində azala bilər.

Gün ərzində qutu-qutu siqaret çəkənlər var. Onların hər biri maarifləndirilməli və bu zərərli vərdişindən əl çəkməlidir. Çünki siqaret xəstəlikləri və ölüm hallarını getdikcə daha da sürətləndirir.

Bu proqram nəticəsində bəlli olub ki, siqaret çəkənlərin ən azı üçdə ikisi bu vərdişdən əl çəkmək istəyir, lakin bunu bacarmır. Onlara məsləhət budur ki, həkimə müraciət etsinlər. Bir çox hallarda müşahidə edilib ki, siqareti tərgitdikdən bir müddət sonra yenidən siqaretə geri qayıtma halları olur. Bu zaman tək bir siqaret belə insanın yenidən bu vərdişinə qayıtmağına səbəb olur.

Siqareti çəkməmək kifayət etmir. Siqaret çəkməyənlər belə onun adicə tüstüsündən təsirlənərək xərçəng, tənəffus xəstəlikləri və digər xəstəliklərə tutula bilirlər. Siqaret çəkilən evlərdə böyüyən uşaqlarda bu tip xəstəliklər özünü daha çox büruzə verir.

Proqramda qeyd edilib: "Dumanda olan qətranın içində 4 min kimyəvi maddə var. Bunlar arasında olan turşular, spirt aldehidlər, ketonlar, karbon monoksid kimi maddələr birbaşa zəhərli təsir göstərir və orqanlarda xəstəlik yaradır. Siqretin təsiri nəticəsində orqanlar kifayət qədər oksigen ala bilmir. Xüsusilə beynin kifayət qədər oksigen ala bilməməsi nəticəsində düşünmə, qərar vermə, dəqiq görmə və eşitmə kimi bəzi funksiyalarda zəifləmə olur. Siqareti tərgidənlərdə xüsusilə ürək xəstəliyi və xərçəng riskində azalma müşahidə olunur. Siqareti tərgitdikdən bir il sonra infarkt riski yarıya enir. On il sonra isə ürək xəstəliyi və xərçəng riski siqaret çəkməyən şıxslə bərabər səviyyəyə yaxınlaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm