Sağlamlıq
Alimlər baş ağrısının əsas səbəblərini tapdılar
Alimlər baş ağrısına səbəb olan amillərlə bağlı genişmiqyaslı tədqiqatlar aparıblar.
Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə,
dünyada hal-hazırda baş ağrısı ən aktual problemlərdən biridir. Bu
cür ağrı bir neçə dəqiqə və ya günlərlə davam edə bilər. Dünyada
1,6 milyard insan tenzion baş ağrılardan əziyyət çəkir. Qadınlar
kişilərdən daha çox bu ağrılara məruz qalırlar.
Alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki,
emosional təzyiq baş ağrısına səbəb olur. İnsan əsəbləşən zaman
onun boyun qaçırma və baş damarları təzyiqə məruz qalır. İnsan baş
ağrısını və qəzəbi dəf etmək üçün bir neçə dəfə dərindən nəfəs
almalıdır.
Bununla yanaşı stress də baş ağrının əsas amillərindəndir. İnsan
emosional və psixoloji təzyiq altında olanda baş ağrı qaçılmaz
olur.
Misal üçün həftə ərzində yığılan stress istirahət günlərində baş
ağrıya səbəb olması mümkündür. İnsan 8 saat sağlam yuxu yatmaqla bu
ağrını dəf edə bilər.
Az yuxu yatmaq da tez-tez baş ağrısı gətirir. Alimlərin sözlərinə
görə, susuzluq baş ağrının yaranmasına səbəb olur. Gözlərin həddən
artıq yüklənməsi də baş ağrısına səbəb olur. Məsələn, avtomobili
uzun müddət idarə etmək gözlərin yorulmasına səbəb olur. Və ya
kompüter monitoru qarşısında uzun müddət oturandan sonra baş
ağrılara səbəb ola bilər. Hər saatda ən azı 10 dəqiqə dincəlmək
lazımdır. İş prosesində monitoru gözlərinizdən 20 santimetr aralıda
qoyulmalıdır. Alimlər son olaraq vurğulayıblar ki, düzgün olmayan
qida rasionu və hava da dözülməz baş ağrıları yaradır.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub