Ağzı açıq yatırsınızsa - DİQQƏT!
Bizi izləyin

Sağlamlıq

Ağzı açıq yatırsınızsa - DİQQƏT!

Ağzı açıq yatırsınızssa, mütləq həkimə müraciət edin.

Ağzı açıq yatırsınızssa, mütləq həkimə müraciət edin.

Ağzı açıq yatmağa əsas səbəblərdən biri də burun tıxanıqlığıdır. Burun tıxanıqlığı ürəyi yorur və ürəkdə ciddi narahatlıqlara gətirib çıxarır. Dosent doktor Erən Daşdanın da dediyinə görə, burun tıxanıqlığı keçici həllərlə aradan qaldırmağa çalışılır. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, burun tıxanıqlığı uzun müddət davam edərsə, təhlükəli vəziyyət yara bilər.

Əsasən bu problemdən əziyyət çəkənlərdə xoruldama və selik axıntısı kimi hallar müşahidə olunur. Allergiya, soyuqdəymə və infeksiyalar da burun ətləri üçün təhlükəli vəziyyət yaradır. Xalq arasında burun əti olaraq adlandırılan konkalar struktur olaraq da böyük ola bilir. Sümükdə və ya qığırdaqda əyrilik, sürüşmə varsa bunun tək çarəsi cərrahi üsuldur.

Əgər sinüzit tez-tez təkrarlayırsa, xüsusilə anatomik problem və ya əyrilik (deviasyon) olan burunda da cərrahi üsul vacib şərtdir. Allergiya və soyuqdəyməyə bağlı burun tıxanıqlığı yaşanan zaman, əvvəlcdən burun spreyləri və müxtəlif dərmanlardan istifadə etmək məsləhətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm