Sağlamlıq
Soyuqdəymədən qorunmağın ən təbii və təsirli yolu
Qış fəslində soyuqdəymədən və qripdən qorunmağın və sağalmağın ən təbii vasitəsi zəncəfil ilə balın qarışımıdır.
Zəncəfil və bal qarışımı həm uşaqlarınızı, həm də özünüzü qış xəstəliklərindən qoruyacayaq. Xüsusilə xroniki faringit olanlara tövsiyə olunur.
Toz zəncəfili bal ilə qarışdıraraq məcun halına gətirin və gündə bir çay qaşığı qədər qəbul edin. Uşaqlarınız öksürəndə və ya boğazda göynəmə olanda evinizdə asanlıqla hazırlaya biləcəyiniz bu qarışımdan onlara verə bilərsiniz.
Və ya aşağıdakı reseptlərdən də istifadə edə bilərsiz.
Bunu hazırlamaq üçün lazım olanlar;
Orta boyda bir qab.
Qabın yarısını dolduracaq miqdarda təzə zəncəfil
1 ədəd limon
Qabın ölçüsünə uyğun miqdarda bal
Zəncəfilli bal qarışığını hazırlamaq üçün, əvvəlcə təzə zəncəfili yuyun və qurulayın. Daha sonra onları dilimləyərək, qabın içinə qoyun. Yuduğunuz limonları da qabıqları ilə birlikdə dilimləyin və zəncəfil üzərinə tökün. Ən son olaraq balı süzün. Qabın üzərində 1 barmaq qədər boşluq buraxın. Çünki zəncəfilli bal qarışığı suyunu buraxacaqdır. Sonda isə qabın ağzını möhkəmcə bağlayaraq, soyuducuya qaldırın.
İstifadəsi çox asandır. Bir stəkan suya 2 yemək qaşığı bu qarışımdan tökün. Üzərinə yenə 1 dilim limon və bir az isti su əlavə edib qarşıdırın. Daha sonra zəncəfilli bal qarışığını içə bilərsiniz. Hazırladığınız qarışımı bu şəkildə soyuducuda 2-3 ay müddətində saxlaya bilərsiniz.
Mələk
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!