Sağlamlıq
Astmanın qarşısını alan yeni vasitə - - FOTO
Nobel laureatlarından biri, mikrobiologiya sahəsində professor Barri Marşall qida allergiyasının və bronxial astmanın qarşısını alan preparat hazırlayıb.
Publika.az xəbər verir ki, dərman insanın immun sisteminə təsir göstərir, fəallığı ifrat həddə çatanda onu sakitləşdirir.
Alimin sözlərinə görə, bu preparat qastrit və xoranın inkişafını oyadan helikobakter bakteriyalarının öyrənilməsi üzrə əvvəlki tədqiqatın bəhrəsidir. Bu bakteriya növü mədədəki yerli immuniteti zəiflədir və çoxalma üçün şərait yaradır. Oxşar kimyəvi mexanizmdən istifadə edən Marşall immuniteti sıradan çıxaran preparat yarada bilib. Bu qidaya allergiyası və bronxial astması olan insanların həyatını xeyli yaxşılaşdırmağa imkan verəcək. Hazırda dərman toz şəklindədir. Onu qida və içkilərə əlavə etmək olar. Alim indidən yeni vasitənin səmərəli olacağına əmindir, lakin bu dərman birləşməsinin təhlükəsizliyini yoxlamaq üçün bir neçə il tələb olunur. (Azərtac)
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO