Keçibuynuzu bəkməzinin inanılmaz faydaları
Bizi izləyin

Sağlamlıq

Keçibuynuzu bəkməzinin inanılmaz faydaları

Keçibuynuzu təbiətin insanlara bəxş etdiyi ən faydalı nemətlərdən biridir.

Keçibuynuzu (Harnur) təbiətin insanlara bəxş etdiyi ən faydalı nemətlərdən biridir. Ondan hazırlanan bəkməz ağciyər və astmalı xəstələrin müalicəsində çox faydalıdır. Keçibuynuzu bəkməzinin faydaları barədə qədim kitablarda da əlyazmalara rast gəlmək mümkündür. Qədimdə bu bəkməzdən yeməkləri şirinləşdirmək üçün istifadə edilib. Keçibuynuzu bəkməzinin tərkibi aşağıdakılardan ibarətdir:
* Tərkibundə südlə müqayisədə 3 dəfə çox kalsium var.
* Tərkibindəki E vitamini sayəsində qanazlığını, öskürəyi aradan qaldırır, siqaret və infeksiya səbəbli tutulmuş bronxları açır.
* Tərkibində olan minerallar sayəsində diş əti xəstəliklərini sağaldır və diş əti qanaxmalarını kəsir.
* Tərkibində təbii şəkər, sink, A, B, B2, B3, D vitaminləri var.
Publika.az immunitet.az-a istinadən bildirir ki, keçibuynuzu bəkməzinin faydasını görmək üçün səhər və axşam yeməyi zamanı bir xörək qaşığı qəbul etmək lazımdır. 15-20 gün ərzində qəbul edilən bəkməz orqanizmə aşağıdakı müalicəvi təsir göstərir:
- nəfəs darlığını aradan qaldırır
- astma xəstəliyinin sağalmasına yardım edir
- allergiya boğulmalarını aradan qaldırır
- sinəni yumşaldır və bəlğəmgətirici təsirə malikdir
- soyuqlamanı aradan qaldırır
- yüksək enerji qaynağıdır
- sümükləri möhkəmləndirir
- qanazlığını aradan qaldırır
- immuniteti yüksəldir
- bağırsaq parazitlərini öldürür
- antiseptik təsir göstərir
- cinsi zəifliyi aradan qaldırır
- allergik xəstəliklər səbəbli boğulmaları kəsir
- qastriti sağaldır və bağırsaqların işini yüngülləşdirir
- köpməni aradan qaldırır və həzmi yaxşılaşdırır
- 90% ağciyər xərçənginin qarşığını almaq qabiliyyətinə malikdir
- ürəkdöyünməni aradan qaldırır, ürək xəstəliklərində yardımçı olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm