Uşağın görməsini qorumaq üçün ən vacib ŞƏRT
Bizi izləyin

Sağlamlıq

Uşağın görməsini qorumaq üçün ən vacib ŞƏRT

Müasir uşaqlar və yeniyetmələr açıq havada az olur.

Müasir uşaqlar və yeniyetmələr açıq havada az olur, asudə vaxtlarını televizor və ya kompüter qarşısında keçirməyə üstünlük verirlər.

Alimlərin fikrinə görə, bu çox təhlükəlidir və həm uşaq vaxtlarında, həm gələcəkdə ciddi görmə problemlərinin inkişafına təkan verə bilər.

"Daily Mail" xəbər verir ki, Böyük Briyaniya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, B-spektrdan olan ultrabənövşəyi şüalarının təsiri miopiyanın (yaxınıgörmə) riskini azaldır. Əksinə isə bu şuaların təsirinin az olması miopiya və digər görmə pozulmalarının riskini artırır. Bu xüsusilə uşaqlar və cavan insanlar üçün vacibdir.

Araşdırmalar göstərib ki, uşaq vaxtı açıq havada az vaxt keçirən böyüklər arasında görmə ilə bağlı olan problemlərə daha tez-tez təsadüf edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm