Ayaqlarınız iylənirsə...
Bizi izləyin

Sağlamlıq

Ayaqlarınız iylənirsə...

Ayaqlarınızdan xoşagəlməz iy gəlirsə, bunu ev şəraitində aradan qaldırmaq mümkündür.

Ayaqlarınızdan xoşagəlməz iy gəlirsə, bunu ev şəraitində aradan qaldırmaq mümkündür.
Əvvəlcə ayaqlarınızı vanna etmək üçün isti suya yarım litr üzüm sirkəsi əlavə edin və ayaqlarınızı orada yarım saat saxlayın. Sonra əgər ayaqlarınızda ayaq göbələyi varsa, qurulayıb göbələk dərmanı sürtün. Yox əgər göbələk xəstəliyiniz yoxdursa, o zaman ətirli ayaq kremi sürtərək corablarınızı geyinə bilərsiniz.
Publika.az immunitet.az-a istinadən bildirir ki, ayaq qoxusundan xilas olmağın yollarından biri də ayaqqabını dəyişdirməkdir. Keyfiyyətsiz və ucuz ayaqqabılar ayaqların iylənməsinə səbəb ola bilir. Əgər ayaqqabınızı dəyişdirməyə imkanınız yoxdursa, o zaman aptekdən alınmış təmiz spirtlə ayaqqabılarınızın içərisini pambıqla silin və havalandırın.
Ayaq barmaqlarınızın arasında göbələk xəstəliyi yoxdursa, o zaman dırnaqlarınızda göbələk xəstəliyinin olub-olmamasını yoxlatdırırn. Çünki ayaqların iylənməsinin əsas səbəbi göbələk xəstəlikləridir. Bu zaman ayaqlar mütləq göbələk əleyhinə şampunla yuyulmalı və təmiz qurudulmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm