Sağlamlıq
Həkim deputatlardan HƏYƏCAN TƏBİLİ
“Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik. Buna görə də hazırda 2 987 xəstə gözləyir”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.
E.Qasımov deyib ki, həmin xəstələrin vaxtı gedir, təcili əməliyyat olunmalıdır:
“Əgər onlar zamanında əməliyyat olunmazlarsa, görmə qabiliyyətlərini itirə bilərlər. Bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər. Həmin xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparır. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər”.
Direktor qeyd edib ki, Azərbaycan bu əməliyyatlar pulsuz həyata keçirilir.
Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, Azərbaycanda buynuz qişa toxumasını dünyasını dəyişən şəxslərdən də götürmək olar:
“Amma bunun üçün xüsusi klinikaların olması vacibdir. Hələlik bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra fuknksiyasını itirir”.
Komitə sədri Əhliman Əmiraslanmov da qeyd edib ki, bu məhdudiyyət tezliklə aradan qaldırılmalıdır.
Vasif Həsənli
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA