Beyin yorğunluğunu aradan qaldıran üsullar
Bizi izləyin

Sağlamlıq

Beyin yorğunluğunu aradan qaldıran üsullar

Diqqət əskikliyi və unutqanlıq kimi əlamətlər zehni yorğunluğun əsas əlamətlidir.

Diqqət əskikliyi və unutqanlıq kimi əlamətlər zehni yorğunluğun əsas əlamətidir.

Publika.az xəbər verir ki, türkiyəli beyin cərrahı Abdullah Özkardeş zehni yorğunluğun qarşısını alan üsulları izah edib. Həkimin sözlərinə görə, beyin yorğunluğunun əsas səbəbi gərgin iş rejimidir: “Lakin başqa amillər də beyin yorğunluğunun yaranmasına səbəb ola bilər. Narahatlığı aradan qaldırmaq üçün ilk növbədə onun yaranma səbəbini müəyyən etmək lazımdır”.

Həkim beyin yorğunluğunun yaranma səbəblərini belə sıralayıb:

• Çox stress yükü

• İş şəraitinin narahat olması

• Yuxusuzluq

• Elektron cihazlar

• Özünə və ailəyə kifayət qədər vaxt ayıra bilməmək

• Səhv qidalanma vərdişləri

• Bəzi metabolizm xəstəlikləri və müxtəlif narahatlıqlar

Abdullah Özkardeş sevdiyimiz insanlarla daha çox vaxt keçirməyi və sevdiyimiz işlə məşğul olmağı məsləhət görüb: “Beyin yorğunluğundan xilas olmaq və zehni təmizləməyin ən yaxşı yolu özünə zaman ayırmaqdır. Troid vəzlərinin yaxşı işləməməsi də beyin yorğunluğu yaradır. İşdən sonra uzun müddət iş haqqında düşünmək olmaz. Sevdiyimiz işlərə vaxt ayırmaq da beyin yorğunluğunun müalicəsində əhəmiyyətli yer tutur. Günün yorucu və stressli hissəsindən xilas olmaq üçün gərginlikdən uzaqlaşıb özünüzə zaman ayırın. Xüsusilə ağac əkmək və torpağın üstündə ayaqyalın gəzmək bədəndəki elektromaqnetik yükün azalmasını təmin edir”.

Bundan başqa, mütəxəssis B, C və E vitamininin vacibliyini vurğulayıb: “Beyin yorğunluğu azaltmaq üçün nizamlı qidalanmaq vacibdir, yemək saatlarını buraxmaq olmaz. Zehni yorğunluq yaşayan insanlarda unutqanlıq da tez-tez rast gəlinən haldır. Bununla mübarizə aparmaq üçün qoz, fındıq, göyərti və çoxlu tərəvəzlər yeyin. Həmçinin yeməkləri zeytun yağında bişirmək faydalı nəticələr verir. Bütün bunlardan əlavə B, C və E vitaminləri qəbul edin, yaxud da sözügedən vitaminlərlə zəngin məhsullara üstünlük verin. İdmanın da beyin yorğunluğuna müsbət təsirini unutmaq olmaz. Gündəlik edilən məşqlər unutqanlığın qarşısını alır”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm