Sarımsaq qoxusunun qarşısını necə almaq olar? - TÖVSİYƏ
Bizi izləyin

Sağlamlıq

Sarımsaq qoxusunun qarşısını necə almaq olar? - TÖVSİYƏ

Sarımsaq qoxusunun qarşısını almağın yolları

Qoxunu aradan götürməyin yolu, bədəndəki kimyəvi reaksiyaları yönləndirməkdən keçir.

Publika.az BBC-yə istinadən sarımsaq qoxusunu ağızdan aparmağın yollarını təqdim edir:

Sarımsaq sevənlər bilir, qoxusu uzun müddət bədəndə qalır. Yediyiniz sarımsaqlı yeməyin üstündən 24 saat keçsə də, qoxusu nəfəsinizdə və tərinizdə hiss edilir. Hətta, dodağınıza sarımsaq sürtsəniz belə, eyni nəticə ilə üzləşəcəksiniz.

1936-cı ildə Journal of the American Medical Association jurnalında dərc olunan bir məqalədə həkimlər, xortum ilə mədəsinə sarımsaqlı şorba verilən bir xəstənin nəfəsindən, bir neçə saat sonra sarımsaq qoxusu gəldiyini qeyd etmişdilər.

Başqa bir həkim isə, sarımsaq iyi verən hamilə bir qadının doğuşundan sonra, körpənin də eyni şəkildə qoxuduğunu yazmışdı.

Xırdalanmış sarımsaq və kərə yağlı çörəkXırdalanmış sarımsaq və kərə yağlı çörək

Sulfat birləşmələri

Sarımsaq, sulfat birləşmələri ilə zəngindir. Bu maddə həzm olunduqda qana qarışır. Qandan da ağciyərlərə keçir və nəfəs verdikdə ağızdan çıxır. Dişlərinizi nə qədər fırçalasanız belə, qoxu getməz; çünki, qoxunun qaynağı ağızda qalan sarımsaq qırıntısı deyil, bədən daxilində baş verən kimyəvi birləşmələrdir.

Bir neçə il öncə Ohia Dövlət Universitetindən Sheryl Barringer, sarımsaqla yeyilən bəzi qidaların qoxunu aradan qaldıra bilmək mövzusunu araşdırıb. Kahı, cırdaquş, kərəviz, kartof, cəfəri, nanə, reyhan və göbələk kimi bəzi tərəvəzlərin sarımsaq iyini azaltdığı bəlli idi. Barringer tələbələri ilə bunun səbəbini və necə olduğunu araşdırıb.

Nanə

Kahı, nanə, alma

Ən çox işə yarayan qidaların kahı, nanə və alma olduğu aşkar olundu. Amma, bunlar bişdikdə eyni təsiri göstərmirdi. Demək ki, bu qidalardakı bəzi fermentlər, bişmə əsnasında parçalanır və yararsızlaşır.

Barringer-ə görə, xüsusilə də nanə, fenol birləşmələr baxımından zəngindir. Nanənin tərkibindəki rozmarin turşusu, sarımsaqdakı sulfat birləşmələrinə yapışaraq qoxusuz bir molekul yaradır. Almada da bənzər maddələr olsa da, daha az səviyyədədir. Lakin, kahıdakı fenol birləşmələri yaşıl çaydakından da azdır.

AlmaAlmanın sarımsaq qoxusunu neytrallaşdırdığı məlumdur.

"Bax burada nə baş verdiyini tam anlamırıq," Barringer deyir. Özlüyündə təmiz fermentlər, sulfat birləşmələrini təsirsizləşdirə bilməmişdi. Amma, kahının qoxunu aradan qaldırma təsirini yaradan çox güman ki, fenollar ilə birlikdə fermentlər də olub.

Qoxu ilə xəstəlik diaqnozu

Hələ ki, tam aydınlaşdırılmayan bu kimyəvi rəqslə sarımsaq qoxusunu minimuma endirmək mümkündür. Lakin, unutmamalıyıq ki, istədiyiniz qədər qoxunu azaldan vasitələrə əl atsanız da, insan yaşayan, nəfəs alıb verən bir kimya fabrikidir.

Yediklərimizlə yanaşı, ağzımızda yaşayan bəlli bakteriyalar, hətta məlum xəstəlikləri daşıyıcısı olub olmadığımızı belə, nəfəsimiz və tərimizin iyini müəyyənləşdirir.

KahıKahının qoxunu aradan qaldırma təsiri fenollar və fermentlər ilə bağlıdır.

Elm adamları, nəfəs verdikdə çıxan molekulları nəzərdən keçirərək ağ ciyər xərçəngini müəyyənləşdirmənin mümkünlüyünü anlamağa çalışır. Qan, sidik və ya toxuma nümunələrindəki qoxunu analiz edən elektron qoxu alma cihazları ilə, yumurtalıq xərçəngi və ya beyin zədələnməsi kimi xəstəliklərə xas uçucu molekulların müəyyənləşdirə biləcəyi araşdırılır.

İnsanın özündən gələn pis iyləri azaltmaq cəhdi, ümumi ədəb qaydasıdır; ancaq, bu qoxuların mühüm məlumatlar daşıması düşüncəsi maraq doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm