Qaynar zəncəfil çayı və portağal suyunun faydaları
Bizi izləyin

Sağlamlıq

Qaynar zəncəfil çayı və portağal suyunun faydaları

Soyuqdəymə və qripi sağaldan 10 üsul

Məlum olduğu kimi soyuq hava şəraiti qrip və soyuqdəymə kimi çox xəstəliklərə səbəb olur.

Publika.az-ın sağlamlıq bölməsi havanın qarlı, şaxtalı olmasını nəzərə alaraq oxucuları qrip, soyuqdəymə və digər virus xəstəliklərinin tez sağalmasında effektiv rol oynayan üsullarla tanış edib.

Bəhməzli həb

PEKMEZLİ PASTİL

PEKMEZLİ PASTİL

5 ədəd mixək, 2 ədəd yenibahar bitkisini əzib toz halına gətirin. Kiçik qazana 1 stəkan şəkər, yarım stəkan su töküb, üzərinə 1 xörək qaşığı limon suyu sıxın. Sonda toz halında mixəyi və yenibaharı üzərinə əlavə edin. Əlavə olaraq yarım çay qaşığı istiot və toz zəncəfil, eləcə də 2 xörək qaşığı mürəbbə əlavə etmək olar. Daha acı olması üçün istiotun miqdarını artıra bilərsiniz. Sirop kimi olana qədər 15-20 dəqiqə qaynadın. Bir az soyuduqdan sonra yağlı kağızın üzərinə qaşıqla kiçik həb şəklində damcı-damcı tökün. Quruduqdan sonra üstünə şəkər kirşanı səpin.

Öskürək kəsici

ISIRAN ÖKSÜRÜK KESİCİ

10 çay qaşığı istiot, 1 xörək qaşığı bal və qaynar suyu qarışdırıb için. Bu cövhər öskürəyi dayandıracaq və qulaqlarınız azca qızaracaq.

İsti zəncəfil çayı

SICAK ZENCEFİL ÇAYI

Qoz qədər zəncəfili sürtgəcdən keçirib bir stəkan su ilə qaynadın. Qaynadıqdan sonra 1 limonun suyunu əlavə edib için.

Qaynar portağal suyu

KAYNAR TURUNÇGİL SUYU

3 portağalla 1 limonun suyunu, eləcə də 2 portağalın qabığını sürtgəcdən keçirib qaynadın. İsti halda içinə 1 xörək qaşığı təmiz bal və istiot əlavə edib için.

Zəncəfilli yerkökü suyu

ZENCEFİLLİ HAVUÇ SUYU

4 ədəd yerkökünü, 1 ədəd limonu və qoz böyüklüyündə zəncəfili blenderdən çəkib için.

İsti süd və bəhməzli çörək

SICAK SÜT VE PEKMEZLİ EKMEK

Tavaya 1 xörək qaşığı kərə yağı tökün. Əridikdən sonra 3 xörək qaşığı doşab əlavə edib üzərinə çörək dilimini qoyun və iki tərəfini da yaxşıca qızardın. İsti süd ilə yeyin.

Nəfis bitki çayı

NEFİS BİTKİ ÇAYI

18 ədəd darçın çubuğu, 2 xörək qaşığı hil, 1 xörək qaşığı dörd rəng istiot, 2 xörək qaşığı mixəyi həvəngdə döyüb toz halına gətirin. Bu ədviyyat qarışığının 2 xörək qaşığını dəmləyib içinə 3-4 dilim təzə zəncəfil əlavə edin. Ən az 15 dəqiqə dəmləməsini gözləyin. Nə qədər çox dəm alarsa, dadı bir o qədər çox açılacaq. Zövqə görə, süd əlavə edib içə bilərsiniz.

Şərbət

KAYNAR

Qazana 2 litr su töküb içinə 1 xörək qaşığı yenibahar toxumu, qoz böyüklüyündə soyulmuş təzə zəncəfil və ya dərman alpiniyası, həmçinin 2 çubuq darçın, 1 xörək qaşığı mixək əlavə edib 1 saat qaynadın. Sonra 1 stəkan bəhməz əlavə edib 1 saat da qaynadın. Üzərinə bol qoz ləpəsi və ya mikserdə köpüklənmiş isti süd əlavə edərək içə bilərsiniz.

İsti şokoladlı firni

SICAK ÇİKOLATALI SALEP

Firni insan bədənində istiliyi daha uzun saxlayır. İsti firninin üzərinə 2 xörək qaşığı şokolad yağı əlavə edib qarışdıraraq yeyin.

Ballı iksir

Hastalıksavar 10 tarif

Bu resept çox sadədir. Soyuq suya, kobud şəkildə doğramış alma, portağal, təzə nanə, təzə zəncəfil və limon töküb qaynadın. Bir stəkana süzdükdən sonra içinə bal əlavə edin. Zövqə görə yumru istiot də atmaq olar.

Allah şəfa versin!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm