Limon qabıqları bu problemi də həll edir
Bizi izləyin

Sağlamlıq

Limon qabıqları bu problemi də həll edir

Limon qabıqları bu problemi də həll edir

Limon dünyada ən faydalı meyvələrdən biridir, çünki onun tərkibi lazımi qidalı maddələrlə zəngindir. Bununla belə limonun qabıqları da çox faydalıdır.

Limon kalium, fosfor, kalsium, maqnezium, pektin, bioflavnoid, fol turşuları, vitamin və minerallarla, o cümlədən A, C, В1 В6 vitamini ilə boldur. Bu, müxtəlif xəstəliklərlə mübarizədə olduqca kömək edir. Onların müntəzəm surətdə qəbulu immuniteti möhkəmləndirir, həzmə yaxşı təsir göstərir, qaraciyərin və bağırsağın işini yaxşlaşdırır.

Publika.az-ın sağlamlıq bölməsi xəbər evrir ki, hamiləlik zamanı səhərlər bir stəkan limonlu su içmək xüsusilə faydalıdır. Onun qoxusu ürəkbulanmanı azaldır və həzm pozğunluğunun həllinə kömək edir.

Bundan başqa, limon qabığı güclü və antiseptik xüsusiyyətlərə malikdir. Limon qabığı sinirlərini sakitləşdirir, qan damarlarını təmizləyir və ağrını azaldır. Limon yarpaqları isə qızdırmanın simptonlarını müalicə edir.

Bununla belə, limon oynaq ağrılarında da çox səmərəlidir. Onlar iki yolla istifadə oluna bilər.

1. İki limonu şüşə bankaya qoyun. Bir az zeytun yağı töküb bankanı bağlayın və 2 həftə ərzində saxlayın. Bundan sonra yağ istifadəyə hazırdır. Tənzifi yağla isladıb ağrılı nahiyələrə sürtün, sarğı ilə bağlayıb bir gecə ərzində saxlayın.

2. Siz limon qabığını (yalnız sarı hissəsi) sürtgəcdən keçirib zədələnmiş nahiyələrə çəkib sarğı ilə möhkəm bağlayın və bir neçə saat saxlayın.

Bu 2 təbii üsul oynaqlarda yaranan ağrıların yüngülləşdirməsində çox kömək edəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm