Həkimlər xəbərdarlıq edir: Bu hərəkəti etmədən yatmayın!
Bizi izləyin

Sağlamlıq

Həkimlər xəbərdarlıq edir: Bu hərəkəti etmədən yatmayın!

Həkimlər xəbərdarlıq edir: Bunu etmədən yatmayın!

Ekspertlər ayaq masajının ümumi sağlamlıq vəziyyəti üçün vacibliyini vurğulayıb.

Publika.az-ın sağlamlıq bölməsi xəbər verir ki, ayaq masajı qan dövranını yaxşılaşdırmaq, piy və tər vəzilərinin ifrazını artırmaq üçün çox faydalıdır. Bu zaman maddələr mübadiləsi güclənir, yəni qida maddələrinin axını sürətlənir, limfanı axını yaxşılaşır, dəri elastikliyini bərapa edir, nəticədə daha sağlam və cavan görünür.

Əzələlərin masajı sidik turşularının çıxarılmasına da kömək edir, podarqa və iltihabın inkişaf riskini xeyli azalır, əzələlərdə ağrıları xeyli aşağı salır. Bundan başqa, masaj həzmi asanlaşdırmağın, mədə-bağırsaq pozulmasının müalicəsinin bir çox yollarından biridir.

Fotodan siz aydın görə bilərsiniz ki, ayaqların bir hissəsi müəyyən orqan ilə bağlıdır və pəncəninin müəyyən yerlərini masaj edərək siz müəyyən orqana təsir edəcəksiniz.

Araşdırmalarda sübut edilib ki, pəncəninin ayrı-ayrı nahiyələrini ovaraq müxtəlif orqanların xəstəlikləri sağaltmaq və ağrını azaltmaq mümkündür.

Yatmazdan qabaq hər gün bu masajı etmək tövsiyə olunur. Bunun üçün cəmi 5-10 dəqiqə lazım olacaq. Əgər sizdə hər hansı bir xəstəlik varsa, onda bu masaj çox faydalı olacaq və bütün orqanizmə güclü şəfaverici təsir göstərəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm