İnsanın düşməni olan siqaret bu xəstəliyin dərmanıdır?
Bizi izləyin

Sağlamlıq

İnsanın düşməni olan siqaret bu xəstəliyin dərmanıdır?

Alimlərin gəldiyi qənaətə görə, insan orqanizminin əsas düşmənlərindən biri olan siqaret yalnız bir halda insan üçün faydalıdır

Alimlər tütün tüstüsünün yalnız bir halda insan orqanizmi üçün əhəmiyyətli olduğunu aşkara çıxarıblar. Söhbət hemoqlobini kodlaşdıran DNK-dakı mutasiyanın səbəb olduğu irsi anemiyadan əziyyət çəkən Almaniya vətəndaşından gedir. Belə ki, siqaret çəkmək ona bu simptomlardan xilas olmağa kömək edib.

Publika.az sputnik.az-a istinadən bildirir ki, bu tədqiqatla bağlı məqalə "Journal of Biological Chemistry" jurnalında yayımlanıb. Əvvəlcə dəmir çatışmazlığından yaranan anemiya AFR sakininin 23 yaşlı qızında tapılıb. Məlum olub ki, bu xəstəlik hemoqlobinin ağır zülallardan olan polipeptid zənciri α1 - i kodlaşdıran gen mutasiyası nəticəsində əmələ gəlib. O, hemoqlobini O2-yə qarşı həssas edir, nəticədə qırmızı qan hüceyrələri - eritrosidlər normal oksigenlə təmin edilmir. Qızın atasında da eyni çatışmazlıq mövcuddur, amma o, anemiyadan əziyyət çəkmir. Lakin onun qanında dəm qazının (karbon mono oksid) yüksək konsentrasiyası tapılıb. Məlum olub ki, kişi siqaret çəkəndir. Mutasiya hemoqlobinin dəm qazı ilə reaksiyaya girərək stabilləşməsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret çəkməklə bağlı olan xəstəliklərdən dünyada orta hesabla hər 8 dəqiqədə bir nəfər ölür. Tütün məmulatları qəbul edən insanlar arasında illik ölüm göstəricisi 5 milyon nəfərdir. Siqaret çəkmək ağciyər xərçənginin, ürək-damar və digər xəstəliklərin yaranmasına, həmçinin vaxtından əvvəl qocalmaya səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm