Sağlamlıq
Cavanlığı, görməni və ürəyin sağlamlığını qoruyan MÖCÜZƏLİ TƏRƏVƏZ
Batatın digər adı "şirin kartof"dur. Lakin bu tərəvəzin kartofla heç bir əlaqəsi yoxdur. Onları birləşdirən yeganə amil tərkibində nişastanın çox olmasıdır.
Publika.az saglamolun.az-a istinadən bildirir ki, batat Avropaya Amerikadan Kolumb vaxtından gəlib və burada olduqca populyar olub. Batat çox faydalı müalicəvi məhsuldur. Tərəvəzin xoş şirin dadı var. Batatın bəzi növləri kökü, digərləri balqabağı və ya yemişi xatırladır.
Batatın əsas faydalı xüsusiyyətlərindən biri tərkibində çoxlu
miqdarda beta-karotinin (A vitamini) olmasıdır. Əsas
antioksidantlardan biri sayılan A vitamini bizi bir çox
xəstəliklərdən qoruyur, qocalmanı ləngidir. A vitamini xüsusilə
yaxşı görmə üçün vacibdir.
Mütəxəssilər bu tərəvəzi siqaret çəkən insanlara tövsiyə edirlər.
Siqaret çəkən insanlarda A vitamini çatışmamazlığı yaranır ki, məhz
bu səbəbdən onların dərisi daha tez qocalır və qırışlarla örtülür.
Bu xüsusilə siqaret çəkən qadınlarda gözə çarpır.
Bundan əlavə batat C vitamini ilə də zəngindir. A və C vitaminləri
cavan və sağlam dəri üçün çox vacibdir. Həmçinin C vitamini
damarların sağlamlığını qoruyur və immun sisteminə müsbət təsir
edir.
Batatda olan qidalı liflər bağırsaqların fəaliyyətini
yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir, orqanizmdə
"pis" xolesterinin səviyyəsini aşağı salır.
Bu tərəvəz kaliumla zəngindir. Kalium insan orqanizmində olduqca
böyük rol oynayır. Kalium ürəyin normal fəaliyyətini təmin
edir.
Həmçinin batat sinir sisteminə müsbət təsir edir, orqanizmdə
iltiihabları azaldır, yaraların sağalmasını sürətləndirir.
Batatı çiy halda yemək daha faydalıdır. Dünyada batatdan sup, püre
və s. hazırlayırlar.
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO
-
Qoroskop08:34
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
-
Nəqliyyat08:22
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...