• USD 1,7001 0,00% EUR 1,9997 -0,07%
    • GBP 2,2482 +0,19% RUB 0,0296 +0,34%

Sirkənin çoxlarının bilmədiyi FAYDALARI FAYDALARI

Sirkənin çoxlarının bilmədiyi FAYDALARI

Publika.az sizə sirkənin faydalarını təqdim edir:

Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir.

Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.

Qızıl yel, dəri şişləri, təzə yaraların şişməsi, qızdırma ilə müşahidə olunan baş ağrısı, qaşınma və s. hallarda onu sürtdükdə faydalıdır, həşərat dişləməsi və od yanığı zamanı müsbət təsir göstərir. Sirkədə bişən əncir təpitməsini bədənin ağrıyan nahiyələrinə sürtdükdə ağrını sakitləşdirir. Onu gül yağı ilə sürtdükdə gündəymədən olan baş ağrısını kəsir. Arpa unu ilə təpitməsi difteriya, döş şişi, qulaq dibi şişi, gül ilə təpitməsi isə soyuq şişlər üçün faydalıdır. Bədən orqanlarının keyləşməsində və oynaqların ağrısında üzərlik ilə təpitməsi xeyirlidir. Öd yolları xəstəliklərini, hamamdan sonra yaranan baş ağrısını sakitləşdirmək üçün gülabla qaynadır, parçanı isladaraq başa qoyurlar. Xronik baş ağrısı, öskürək və qrip zamanı möhkəm qızdırılmış daşın üzərinə sirkə səpir, başı onun buxarına verirlər. Əncir və kişmişi sirkədə isladıb yedikdə dalaq üçün xeyirlidir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>