Qadın bədəni bunu kişilərdən daha çox tələb edir! - SƏBƏBLƏRİ
Bizi izləyin

Sağlamlıq

Qadın bədəni bunu kişilərdən daha çox tələb edir! - SƏBƏBLƏRİ

Bütün qadınlar bu məsləhətə diqqət etməlidir!

Nevroloqlar həyəcan təbili çalır! Bütün qadınlar bu məsləhətə diqqət etməlidir!

Yuxu - ağır iş günündən sonra orqanizmin özünü bərpa etməsi üçün vacib prosesdir. Bəs orqanizmin özünü tam bərpa etməsinə nə qədər vaxt sərf olunmalıdır? Kişi və qadın bədəninin neçə saat yuxuya ehtiyacı var və onlar arasında fərq nədir?

Publika.az xarici mətbuata istinadən oxucuları qadınların və kişilərin yuxu rejimi haqqında bilməli olduğu vacib məqamlarla tanış edib.

Əziz xanımlar, yatmağa hazır olun!

сколько нужно спать

Qadın beyninin funksiyası mürəkkəb olduğu üçün əlavə istirahət tələb edir. İngiltərənin Lafboro Universitetinin professoru Cim Hornın sözlərinə görə, qadınların yuxuya olan ehtiyacı kişilərdən daha çoxdur:

“Qadının yuxuya tələbatının çox olması psixoloji cəhətdən daha çox yükə məruz qalması, stressin yüksək səviyyədə olması, daha emosional olması, eləcə də inamsızlıq, depressiya və qəzəb hissi ilə bağlıdır. Kişilərdə isə belə hallar yoxdur".

İnsan nə qədər yatmalıdır?

Eskpertlər belə hesab edir ki, insan gün ərzində 8 saat yatmalıdır. Lakin digər qrupun apardığı araşdırmalar göstərir ki, bəzi insanlara gün ərzində yeddi saat yuxu da kifayət edir. Buna baxmayaraq, professor Horn qadın beyinin kişidən fərqli olduğunu xatırladıb:

"Qadın beyni kişidən daha mürəkkəb quruluşu ilə fərqlənir. Bu səbəbdən də qadınlar kişilərdən daha çox istirahətə ehtiyac duyur”.

Niyə qadın beyni daha çətin işləyir?

сколько нужно спать

Kişilərə nisbətən qadınlar bir neçə işi eyni anda yerinə yetirməyə daha meyllidir və öz beynini təcili rejimdə istifadə edir. Nəticə etibarı ilə bədən özünü bərpa etməsi üçün daha çox yatmalıdır.

Saat neçədə yatmalıyıq?

сколько нужно спать

Saat neçədə yatmaq istədiyinə hər kəs özü məsuliyyət daşıyır. Həkimlər ideal yuxu saatlarının 10-nun yarısı olduğunu bildirir. Mütəxəssislərin sözlərinə görə, bu saatda yatmaq insan orqanizminə daha müsbət təsir göstərir. Və bu gözəllik yuxusu növbəti gün ərzind əhval-ruhiyyənizdə də əks olunur.

Bəs yorğun kişilər nə etməlidir?

сколько нужно спать

Professor Horn bildirir ki, ağır işlərdə çalışan kişilər də çox yatmalıdır: "Vacib qərarların qəbul edilməsi ilə bağlı olan işlərdə çalışan kişilərin bədəni də həddən artıq yuxu tələb edə bilər. Lakin bu halda belə qadınlar daha çox istirahət etməlidir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm