256 yaş, 200-dən çox uşaq: Uzunömürlülüyün kökundə dayanan ÜÇ SİRR -FOTOLAR
Bizi izləyin

Sağlamlıq

256 yaş, 200-dən çox uşaq: Uzunömürlülüyün kökundə dayanan ÜÇ SİRR -FOTOLAR

Ölüm yatağında son sözləri “Bu dünyada etməli olduğum hər şeyi etdim” olub.

Çində Li Çing-Yuen adlı adam 256 yaşında ölüb. Bu, bir əfsanə, ya da nağıl deyil!

Publika.az xəbər verir ki, onun həyatından hətta məşhur “Time” jurnalı yazıb.

Jurnal Yuenin 256 il ömür sürməsinin sirrinin “İt, göyərçin və tısbağa” üçlüyündə olduğunu yazıb. Chengdu Universitetinin professoru Vu Chung-Cheh 1930-cu ildə Li Çing-Yuenlə bağlı əhəmiyyətli qeydlər tapıb. Həmin qeydlərə görə, 1827-ci ildə 150-ci doğum günü münasibətilə Çin hökuməti Li Çing-Yueni təbrik edib.

Professorun daha sonra tapdığı sənədlər eyni adamın 1877-ci ildə 200-cü doğum günü münasibətilə təbrik edildiyini göstərirdi. Li Çing-Yuen 1736-cı ildə doğulduğunu söyləsə də, qeydlərdə 1677-ci il görünür. Bu doğum tarixlərinə görə, 1933-ci ildə ölən çinlinin 197, yaxud da 256 yaşı olmalı idi. Hər iki halda dünyanın ən çox yaşayan insanıdır.

Li Çing-Yuen həyatının çoxunu dağların ətəklərində bitkilər yığaraq və uzun həyatın sirlərini araşdıraraq keçirib. O, bitkiləri toplamağa 10 yaşında başlayıb. Az qala 40 ilini bitkilərlə qidalanıb.

1749-cu ildə 71 yaşı olarkən Şərq döyüş növləri üzrə müəllim kimi Çin ordusuna qatılıb. Linin 23 dəfə evləndiyi, 200-dən çox uşağının olduğu deyilir.

Linin şagirdlərindən birinin söylədiklərinə inansaq, o bir zamanlar özündən də yaşlı - 500 yaşındakı bir kişi ilə rastlaşıb və ondan qidalanma ilə bağlı məsləhətlər alıb. Li 1933-cü il mayın 6-da vəfat edib. Ölüm yatağında son sözləri “Bu dünyada etməli olduğum hər şeyi etdim” olub.

Qərb dünyasında orta ömrün uzunluğu 70-85 yaş olduğu bir vaxrda 100 yaşdan çox yaşayan birini düşünmək nağıl kimi gəlir. 200 yaşdan yuxarı yaşayan biri isə son dərəcə şübhəli görünür. İnsanların bu qədər yaşaya biləcəyinə niyə inanmırıq? Bu dünyadakı bəzi insanların borc stressi ilə yaşamadıqlarını, çirkli şəhər havasını udmadıqlarını və nizamlı olaraq məşq etdiklərini düşünmək məcburiyyətindəyik.

Uzun ömrün sirri soruşulanda Linin cavabı hər zaman bu cür olub: “Təmiz bir ürəyin olsun, bir tısbağa kimi otur, bir göyərçin qədər həyatın boyu hərəkət et və bir it kimi yat ..”

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm