Sağlamlıq
Tibetlilərin damarları təmizləyib bədəni cavanlaşdıran RESEPTİ
Damar divarlarının əhəngləşməsi - yağa oxşar tərkibli maddələrin (onların əsas hissəsini xolesterin təşkil edir) çökməsi və yığılması nəticəsində baş verir. Bu proses davam etdikcə, damar divarı daralmağa başlayır, dolayısı ilə ürək, beyin və digər üzvlərin qanla təchiz olunması pisləşir, qan dövranı zəifləyir. Odur ki, ilk növbədə onların təmizləmək lazımdır.
Publika.az-ın sağlamlıq bölməsi tibetlilərin damarların təmizləyən iki sadə reseptini təqdim edir.
Resept 1
Ərzaqlar:
1 stəkan şüyüd toxumu
2 xörək qaşığı üyüdülmüş pişikotu kökü
2 litr qaynar su
2 xörək qaşığı bal
Hazırlanması:
Şüyüd toxumu və pişikotunu qaynar suda dəmləyin, su 40 dərəcə olanda üzərinə bal töküb qarışdırın. Daha sonra qabı ədyala bürüyüb bir sutka saxlayın.
Hər gün yeməkdən 30 dəqiqə əvvəl bu cövhərdən 1 xörək qaşığı için. Müalicə kursu 20 gün davam etməlidir. Bir neçə gün fasilədən sonra kursu bir də təkrar etmək lazımdır.
Resept 2
Ərzaqlar:
100 qram dazı
100 qram solmaz çiçəyi
100 qram çobanyastığı
100 qram tozağacı
Hazırlanması:
Tibetlilərin cavanlıq resepti adlandırdıqları ot çayını hazırlamaq çətin deyil. Bu heyrətamiz çay çox səy və bahalı inqrediyentlər tələb etmir. Əvəzində onun müalicə effekti beş il ərzində hiss olunacaq.
Tibetlilərin cavanlıq reseptini hazırlamaq üçün 100 qram dazı, çobanyastığı, solmaz çiçəyi, tozağacını yaxşı üyütmək və qapağı sıx bağlı olan qabda saxlamaq lazımdır. Axşam bir xörək qaşığı qarışığı yarım litrlik termosda dəmləyin. Yatmazdan əvvəl bir stəkan ətirli ot çayını bal ilə qarışdırıb için. Səhər yeməyinə 15-20 dəqiqə qalmış termosda qalan cövhəri də için. Otlar bitənə qədər bu proseduru davam edin.
Bu şəfalı otların qəbulu nəticəsində maddələr mübadiləsi yaxşılaşır, orqanizm şlaklardan, damarlar yağlar və əhəng çöküntüsündən təmizlənir. Qan damarları elastik olur, skleroz, infarkt, insult, hipertoniya, başgicəllənmə yox olur, görmə qabiliyyəti bərpa olunur və bütün orqanizm təmizlənir.
Qeyd: Bu resepti 5 il ərzində 1 dəfə istifadə etmək olar.
Aytən
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək