Brilliant Dadaşova və “ADDIM” siqaret əleyhinə yeni layihədə
Bizi izləyin

Sağlamlıq

Brilliant Dadaşova və “ADDIM” siqaret əleyhinə yeni layihədə

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "ADDIM" Gənclər təşkilatı “II No Smoking Film Festivalı”nı həyata keçirir.

Artıq ikinci ildir, dünyada ilk dəfə olmaqla ölkəmizdə gerçəkləşən festivalın siması tütün əleyhinə davamlı mübarizə aparan xalq artisti Brilliant Dadaşovadır. "Siqaret çəkməkdənsə FİLM çək" devizi altında gerçəkləşən festivalda məhz siqaret əleyhinə qisametrajlı filmlər nümayiş olunub, qiymətləndiriləcək. Bundan başqa festival çərçivəsində Azərbaycanın müxtəlif regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə tutulub. Festivalın bu ilki tanıtım kompaniyası çərçivəsində xalq artisti Brilliant Dadaşova gənclərlə çəkildiyi reklam rolikini səhifəsində paylaşaraq bunları söyləyib - "Ümidvaram sağlam həyat tərzi naminə başladığımız propoqanda qısa müddət ərzində öz bəhrəsini verəcək və biz gələcək nəsillərimizə sağlam, tüstüsüz bir dünya bəxş edə biləcəyik"

Qeyd edək ki "ADDIM" Gənclər Təşkilatı tərəfindən gerçəkləşdirilən festivala ötən il Azərbaycanda rekord s ayda 48 yerli film təqdim olunub. Bu il isə festivalda iştirak üçün əcnəbi rejissorlar da müraciət ediblər. 31 May "Beynəlxalq tütün əleyhinə mübarizə günündə" isə festivalın gala gecəsinin keçirilməsi nəzərdə tutulub.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm