Çobanyastığı yağının müalicəvi təsirləri haqqında bilmədikləriniz
Bizi izləyin

Sağlamlıq

Çobanyastığı yağının müalicəvi təsirləri haqqında bilmədikləriniz

Bu xoş ətirli, günəş enerjisi ilə zəngin olan bitki yağı ayaqlar üçün olduqca faydalıdır.

Publika.az xarici mətbuata istinadən xəbər çobanyastığı yağının ev şəraitində hazırlanma qaydasını və faydalarını təqdim edir.

Təzə çobanyastığı çiçəklərini yuyub suyunun süzülməsini gözləyin. Tamamilə qurutmağa ehtiyac yoxdur. Gülü bir şüşəyə doldurub üzərini örtənə qədər bitki yağı tökün. Şüşəni 40 gün ərzində qaranlıq yerdə saxlayın və onu vaxtaşırı silkələməyi unutmayın. 40 gündən sonra tənzifdən süzüb başqa bir qaba əlavə edin. Əldə edilən vasitəni soyuducuda saxlamaq lazımdır.

Yağı hər gün genişlənmiş damarların olduğu yerlərə sürtün. Bunu çox diqqətlə və ehtiyatla etmək tələb olunur. Daha yaxşı effekt əldə etmək üçün gecə kompres etmək olar. Çobanyastığı yağından hər gün istifadə etmək çox yaxşı kömək edir.

Bu yağ müalicə effekti ilə bərabər dərini daha yumşaq edir, gərginliyi, stressi, yorğunluğu, həmçinin şişkinliyi aradan qaldırır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm