Yaşıl çayın BU FAYDASINI hamilələr oxusun!
Bizi izləyin

Sağlamlıq

Yaşıl çayın BU FAYDASINI hamilələr oxusun!

Alimlər toksikozdan əziyyət çəkən hamilə qadınlar üçün yeni yol tapıblar.

Alimlər toksikozdan əziyyət çəkən hamilə qadınlar üçün yeni yol tapıblar. Yaşıl çay gələcəyin anasının ümumi vəziyyətinə yaxşı təsir göstərir və immuniteti möhkəmləndirir.

Publika.az xəbər verir ki, alimlər yaşıl çayın kalium, maqnezium, manqanla zənginliyini, habelə antioksidant olmasını qeyd edirlər. Hamilə qadınlar üçün faydası ilə yanaşı, yaşıl çay ürək-damar xəstəlikləri, böyrəklərdə daşların yaranması, dişlərdə kariyes, habelə onkologiya riskini azaldır. Tədqiqatçılar yaşıl çay içməyi hamiləlik vaxtı “daim ac olan” qadınlara da məsləhət görürlər. Hamıya məlumdur ki, həddindən artıq yemə orqanizmə mənfi təsir göstərir. Yaşıl çay hamilə qadında bu problemi aradan qaldırır və həzm sistemini qaydaya salır.

Alimlər qeyd ediblər ki, maksimum fayda götürmək üçün yaşıl çayı düzgün dəmləmək lazımdır. Bunun üçün çayın üstünə temperaturu 87 dərəcədən çox olmayan su əlavə edilir və 3 dəqiqə ərzində dəmlənir. Çayın növü yüksək olduqca, dəmlənmə üçün də çox vaxt lazım olur. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm